Icma.az
close
up
RU
Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”

Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”

Icma.az bildirir, Report.az portalına istinadən.

Azərbaycanda Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda qeyri-peşəkar fəaliyyətlərin qarşısını alacaq

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O qeyd edib ki, bu vaxta qədər qiymətləndirmə sektorunda peşəkar olmayan, hansısa adla qeydiyyatdan keçib müəyyən şəxsi münasibətlər yaxud korporativ əlaqələr hesabına qiymətləndirmə sifarişləri əldə edən şirkətlər və ya qiymətləndirici fiziki şəxslər mövcud idi: “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti belə fəaliyyətlərin qarşısının alınması üçün hər zaman bazarda vahid tənzimləyici qurumun yaradılmasının tərəfdarı olub və bununla bağlı hökumətə təkliflər verib. Nəticədə Azərbaycanda yeni qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna görə, Qiymətləndiricilər Palatası yaradılacaq və sektoru tənzimləyəcək. Palatanın formalaşdırılması üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanları keçirilib. Bu imtahanlar Qanuna uyğun olaraq ilk 6 ayda hər ay, sonradan ildə iki dəfə olmaqla keçiriləcək. İmtahandan uğurla keçənlər Palatanın üzvü olacaq və yalnız onlar ölkədə qiymətləndirmə fəaliyyəti göstərə biləcəklər”.

V.Oruc bildirib ki, vətəndaşlar hansısa qiymətləndirmə nəticəsindən narazı olarsa, bu barədə Palataya müraciət edə biləcəklər: “Qiymətləndirmə şirkətlərinin seçimində də Palata xüsusi rol oynayacaq. Ayrı-ayrı dövlət orqanlarının və ya müvəkkil təşkilat seçmə hüququ olan qurumların məhz Palatanın rəyi əsasında müvəkkil təşkilat seçməsi reallaşacaq. Uzun illər ərzində qiymətləndirici şirkətlərin fəaliyyətindən narazı olan qurumlar öz şikayətlərini bildirəcəkləri bir ünvan qazanacaqlar ki, ora müraciət edib müvafiq tədbirlərin görülməsini tələb etsinlər. Müxtəlif peşə sahələrini tənzimləyən strukturların olması həmin istiqamətdə özbaşnalıqların qarşısını almağa kömək edir. Eyni zamanda uzun illər Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti əlində inzibati alətlər olmadığına görə, bazara təsir göstərə bilmirdi. Cəmiyyət qiymətləndirmə sahəsində tədris və təhsilin müəyyən nizama salınması üçün tədbirlər görə bilmirdi, yalnız kursların keçirilməsi və sertifikatlaşdırma prosesi ilə kifayətlənməli olurdu. Qiymətləndiricilər Palatasının isə qiymətləndirmə sahəsində kadrların hazırlanması, beynəlxalq aləmə çıxarılması, xarici dövlətlərlə təcrübə mübadiləsinin təşkili kimi imkanları olacaq. Hesab edirəm ki, Palata beynəlxalq əlaqələrin genişləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində elə addımlar ata bilər ki, bu sahədə təsadüfi adamların fəaliyyət göstərməsi mümkün olmaz və sektorda daha peşəkar mühit formalaşar”.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see138

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see134

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see121

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see120

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see119

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see119

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see117

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri