Icma.az
close
up
RU
Vüqar Oruc: Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək

Vüqar Oruc: Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Azərbaycanda Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda qeyri-peşəkar fəaliyyətlərin qarşısını alacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O, qeyd edib ki, bu vaxta qədər qiymətləndirmə sektorunda peşəkar olmayan, hansısa adla qeydiyyatdan keçib müəyyən şəxsi münasibətlər yaxud korporativ əlaqələr hesabına qiymətləndirmə sifarişləri əldə edən şirkətlər və ya qiymətləndirici fiziki şəxslər mövcud idi:
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti belə fəaliyyətlərin qarşısının alınması üçün hər zaman bazarda vahid tənzimləyici qurumun yaradılmasının tərəfdarı olub və bununla bağlı hökumətə təkliflər verib. Nəticədə Azərbaycanda yeni qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna görə, Qiymətləndiricilər Palatası yaradılacaq və sektoru tənzimləyəcək. Palatanın formalaşdırılması üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanları keçirilib. Bu imtahanlar Qanuna uyğun olaraq ilk 6 ayda hər ay, sonradan ildə iki dəfə olmaqla keçiriləcək. İmtahandan uğurla keçənlər Palatanın üzvü olacaq və yalnız onlar ölkədə qiymətləndirmə fəaliyyəti göstərə biləcəklər”.
V.Oruc bildirib ki, vətəndaşlar hansısa qiymətləndirmə nəticəsindən narazı olarsa, bu barədə Palataya müraciət edə biləcəklər:
“Qiymətləndirmə şirkətlərinin seçimində də Palata xüsusi rol oynayacaq. Ayrı-ayrı dövlət orqanlarının və ya müvəkkil təşkilat seçmə hüququ olan qurumların məhz Palatanın rəyi əsasında müvəkkil təşkilat seçməsi reallaşacaq. Uzun illər ərzində qiymətləndirici şirkətlərin fəaliyyətindən narazı olan qurumlar öz şikayətlərini bildirəcəkləri bir ünvan qazanacaqlar ki, ora müraciət edib müvafiq tədbirlərin görülməsini tələb etsinlər. Müxtəlif peşə sahələrini tənzimləyən strukturların olması həmin istiqamətdə özbaşnalıqların qarşısını almağa kömək edir. Eyni zamanda uzun illər Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti əlində inzibati alətlər olmadığına görə, bazara təsir göstərə bilmirdi. Cəmiyyət qiymətləndirmə sahəsində tədris və təhsilin müəyyən nizama salınması üçün tədbirlər görə bilmirdi, yalnız kursların keçirilməsi və sertifikatlaşdırma prosesi ilə kifayətlənməli olurdu. Qiymətləndiricilər Palatasının isə qiymətləndirmə sahəsində kadrların hazırlanması, beynəlxalq aləmə çıxarılması, xarici dövlətlərlə təcrübə mübadiləsinin təşkili kimi imkanları olacaq. Hesab edirəm ki, Palata beynəlxalq əlaqələrin genişləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində elə addımlar ata bilər ki, bu sahədə təsadüfi adamların fəaliyyət göstərməsi mümkün olmaz və sektorda daha peşəkar mühit formalaşar”.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Noyabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri