Icma.az
close
up
RU
Vüqar Qurbanov Azər İsmayılovu niyə işdən çıxardı?

Vüqar Qurbanov Azər İsmayılovu niyə işdən çıxardı?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb. Müvafiq əmrə əsasən, Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.


Səkinə Sadıxova 

Qaynarinfo-nun məlumatına görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının bundan əvvəlki direktoru Azər İsmayılov bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb. 

Onun işdən çıxarılmasının səbəbi dəqiq bilinməsə də, iddia edilir ki, Azər İsmayılovun fəaliyyətində ciddi problemlər mövcud olub. O bir qədər də irəli gedərək, TƏBİB sədri vəzifəsinə özünü iddialı görüb. 


Azər İsmayılov 2018-ci ildə Yevlax Rayon Mərkəzi Xəstəxanasında rəhbərlik etdiyi zaman icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirən ilk xəstəxana rəhbəri olub. O, icbari tibbi sığortanın Azərbaycanda tətbiqində özünü müstəsna əməyi olan şəxs kimi görüb. Nəticədə sonuncu vəzifəsindən də məmnun olmayan direktor özünü daha yüksək vəzifədə görüb. 

HƏMÇİNİN BAX:

Deputatın direktor oğlu ilə Xidmət arasında məhkəmə çəkişməsi - Nöqsanlara yol verib?

Məsələ ilə bağlı Azər İsmayılovun özü ilə əlaqə saxlamağa çalışsaq da, mobil nömrələrinə zəng çatmadı.

Qeyd edək ki, Azər İsmayılov Cəbi oğlu 2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib. 28 dekabr 2022-ci il tarixindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. 


Cəbi İsmayılov

Azər İsmayılov Əməkdar həkim, 2000, 2005, 2010, 2015 və 2020-ci iliərdə Naxçıvan Muxtar Respublikasnın Ali məclisinin deputatı seçilmiş Cəbi İsmayılovun oğludur.

Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri