Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Azərbaycan Özbəkistan münasibətləri qarşılıqlı etimada, əsrlər boyu davam edən dostluğa və qardaşlığa söykənir

Vüqar Rəhimzadə: Azərbaycan Özbəkistan münasibətləri qarşılıqlı etimada, əsrlər boyu davam edən dostluğa və qardaşlığa söykənir

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da möhkəmlənib. İki dost, qardaş, müttəfiq ölkənin əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.
Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub.  Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Sabiq Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyənləşdirilib. Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə onun Şərəf Rəşidov ilə, ondan sonra - 1990-cı illərdə isə İslam Kərimovla dostluğu münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da möhkəmlənir.  Qarşılıqlı səfərlərin dinamikliyi münasibətlərimizin yeni istiqamətlər üzrə inkişafına geniş imkanlar açır. Hər bir səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri əlaqələrin gələcək inkişafına xidmət edəcək sənədlərin imzalanmasıdır. İki ölkə arasında bu vaxtadək 170-dən çox sənəd imzalanıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. 
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, hər bir səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də ölkəmizə reallaşdırdığı dövlət səfəri mühüm məqamlarla tarixə yazıldı. Səfər çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini deməyə əsas verir. Səfər zamanı, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Həmin iclasda Prezident İlham Əliyev iki dost, qardaş, müttəfiq ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinin təqdimatı kimi dəyərləndirilən “Əminəm ki, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Biz dostuq, qardaşıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlərik. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır” fikirlərini söyləyərək onu da əlavə etdi ki, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin ötən ilin avqustunda Özbəkistana dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açdı. Həmin səfər zamanı imzalanan sənədlər və yol xəritələri bu gün də Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Sənədlər arasında Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”  xüsusi qeyd edilir. Prezident İlham Əliyev Özbəkistan Prezidentinin ölkəmizə iyulun 2-də reallaşdırdığı dövlət səfərinin mahiyyətini özündə ehtiva edən mətbuata bəyanatında bu sənədin iki ölkənin münasibətində böyük rola malik olduğunu önə çəkərək bildirdi ki, biz artıq bir ildir rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
Milli Məclisin deputatı bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır. Bu həm iki ölkənin Prezidentinin təkbətək görüşündə, həm onların mətbuata birgə bəyanatlarında, həmçinin imzalanan sənədlərdə iqtisadi amilin münasibətlərimizin inkişafında böyük rola malik olduğu özünü aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir. Dövlətimizin başçısı onu da qeyd etdi ki, bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. İnfrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Özbəkistan dostluğu Qarabağın bərpası prosesində də özünü nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider oldu. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar. 2023-cü il avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq.
Millət vəkili ümumiləşdirilmiş şəkildə qeyd edib ki, hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir.  Ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da yeni istiqamətlər üzrə uğurla inkişaf edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyul 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri