Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar

Vüqar Rəhimzadə: Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Artıq son dörd ildir ki, hər bir əlamətdar tarixi günü, bayramı tamamilə fərqli ovqatda, qalib, ərazi bütövlüyü və suverenliyini tam bərpa edən xalq kimi qeyd edirik. Nəzərə alsaq ki, bu gün bəhs edəcəyimiz əlamətdar gün məhz  bu tarixi zəfərlərdə xüsusi payı olan gənclərimizlə bağlıdır, bu halda daha da qürurlanır, ilk olaraq onların torpaq, Vətən sevgisindən söhbət açmaq istəyirik. Bu gün otuz il düşmən işğalında qalan torpaqlarımızı çox qısa müddətdə azad edən rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan, tarixi və dini abidələrimizi yerlə-yeksan edən erməni vandallarını 44 gündə diz çökdürən, kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan gəncinin günüdür. Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli Bayrağının bu torpaqlarda dalğalanması üçün canından keçən qəhrəman Azərbaycan gənci tarixi Zəfərimizlə, suverenliyimizi tam bərpa etməklə xalqımızın nə qədər yenilməz, məğrur xalq olduğunu dünyaya  nümayiş etdirdi. Onlar bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Daim Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini gözləyən gənclərimiz dövlətimizin başçısından 27 sentyabr 2020-ci il tarixində aldıqları  tapşırığı böyük ruh yüksəkliyi ilə qarşıladılar, silaha sarılaraq torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə başladılar.
Vətən müharibəsinin ilk günündən cəbhədən gələn zəfər müjdələri hər birimizi qürurlandırdı, 30 illik işğala son qoyulacağına əminliyi artırdı. 44 gündə 30 illik işğala son qoymaq Azərbaycan dövlətinin qətiyyətini, xalqımızın dəmir yumruq kimi birliyini nümayiş etdirməklə yanaşı, Azərbaycan gəncinin necə vətənpərvər, milli ruhda böyüyən gənclik olduğunu təsdiqlədi. Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Tarixi Zəfərimizdən üç il sonra - 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi gənclərimizin vətənpərvərliyinin, milli qürurunun növbəti təqdimatı oldu. Bu gün  Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan yenilməz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərə imza atmaqla özünü dünyaya qalib, bütövləşən Azərbaycan kimi təqdim edir. Tarixi Zəfərimiz sayəsində yaradılan yeni reallıqlar ölkəmizin regionda və dünya siyasətində yerini, mövqeyini möhkəmləndirir, Azərbaycanın qarşısında yeni üfüqlər açır. Dövlətimizin başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən daim  bu çağırışı səsləndirir ki, gənclərimiz milli ruhda böyüməli, tərbiyə olunmalıdırlar.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, gənclərimizin məsuliyyət hissini artırır. Ulu Öndər hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğını öndə saxlayıb. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərdi. Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev  gənc nəslə qayğısını heç zaman əsirgəmədi. Dahi rəhbərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin əsasına çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı  Fərman ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Liderin  gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.  Təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi  davam  etdirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider  Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən,  I Forumun keçirildiyi tarix, 2 fevral Gənclər Günü kimi təsis edildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Dahi şəxsiyyət bildirirdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tələb olunur. Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi. Məhz dövlətin gənclərə dəstəyi və qayğısı nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb və bu gün də artmaqda davam edir.
Milli Məclisin deputatı bildirib ki, son 21 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin inkişafına xidmət edən Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları davamlılığı ilə diqqətdədir. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi. 2007-ci il “Gənclər İli” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramları qəbul edildi. Dövlət başçısının 2019-cu ildə  imzaladığı  Sərəncamla “Yüksəliş” müsabiqəsi təsis edildi. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Dövlətimizin başçısının  2019-cu ildə imzaladığı Sərəncama əsasən, gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alındı.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, ölkədə könüllülər hərəkatının genişləndirilməsi də dövlətimizin gənclərə diqqət və qayğısının tərkib hissəsidir. Bu məqsədlə 2009-cu ildə “Könüllü fəaliyyət haqqında”  Qanun qəbul edildi. Prezident  İlham Əliyevin Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edildi. Könüllülər hərəkatı bu gün cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.  İnformasiya müharibəsinin ön cəbhəsində duran da Azərbaycan gəncliyidir. Vətən müharibəsi dövründə  gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri düşmənlə informasiya müharibəsində üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondunun töhfələri misilsizdir. Heydər Əliyev Fondu gənclərin fərdi və peşəkar inkişafı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirir. Fond gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərinin inkişaf etdirilməsinə yardım edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Bu layihələr, həmçinin xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın gələcəyi olan gənclərə diqqət və qayğı davamlıdır. Onlar bu etimadı doğrultmaq üçün  hər bir dövrün çağırışlarına uyğun olaraq üzərlərinə düşən missiyanı  yüksək səviyyədə yerinə yetirərək müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə, yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini verməyə səy göstərirlər. Bu gün Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə  davamlı uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında da gənclər böyük çoxluq təşkil edirlər. Onlara burada öz potensial imkanlarını ortaya qoymaq üçün bütün imkanlar yaradılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, bələdiyyələrdə, parlamentdə təmsilçilik faizlərinin artırılması da özündə mühüm məqamları ehtiva edir. Bir sözlə, Azərbaycan gənci müasir dünyagörüşünə malik, daim yeniliyə, təkmilləşməyə maraq göstərən gənclikdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see142

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see139

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see139

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see136

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see131

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see129

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see122

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see117

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see110

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri