Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb

Vüqar Rəhimzadə: Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilik misli görünməmiş  ağır cinayətdir. Açıq-aşkar heç bir günahı olmayan azərbaycanlılar polis tərəfindən vəhşicəsinə qətlə yetirildilər. Ötən il dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarənin Rusiya ərazisində vurulmasından sonra Yekaterinburqda baş verənlər Rusiyanın irqçi, şovinist siyasətinin davam etməsinin sübutudur. Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə basqın edilməsi, günahsız insanların qətlə yetirilmələri və vəhşicəsinə döyülmələri rus şovinizm siyasətinin tərkib hissəsidir. Baş verən zorakılıq Rusiya ərazisində son vaxtlar azərbaycanlılara qarşı yönəlmiş yeganə təxribat deyil. 2024-cü ilin dekabr ayında Azərbaycan mülki təyyarəsinin vurulması insidentinə hələ də rəsmi münasibət bildirilməyib, günahkarlar məsuliyyətə cəlb olunmayıb, cəzalandırılmayıb. Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdə susqun davranması, hərəkətsizliyi narazılığı artıran amillərdəndir. İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yaydı. Bəyanatda bildirilir ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili  qeyd edib ki, Rusiyanın siyasətinin kökündə dayanan və digər xalqlara, xüsusilə də müsəlman və türk xalqlarına qarşı dözümsüzlük, ayrı-seçkilik, diskriminasiya, islamofobiya halları güclənməkdədir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, bəzi dünya gücləri Azərbaycanın müstəqil siyasətini həzm edə bilmədiklərini zaman-zaman atdıqları addımlar vasitəsilə nümayiş etdirirlər.  Ölkəmizə qarşı təzyiq cəhdləri həmin addmlar sırasındadır. Yekaterinburqda baş verən qətl hadisəsi də bu təzyiqlərin  növbəti təzahürüdür. Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı  həyata keçirdiyi zorakılıq və qanunsuz həbslər beynəlxalq hüquq normalarına tamamilə ziddir.
Bu artıq qonşuluq,  tərəfdaşlıq deyil, riyakarlıqdır. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olundu və bunun arxasından da Rusiya çıxdı. Rusiya ölkəmizə qarşı hansı mövqedə dayandığını bəzi məqamlarda “özünə sirr, başqlarına bəlli olan” şəkildə nümayiş etdirir. Bunun üçün 30 illik işğal dövrünü yada salmaq kifayətdir.
Vüqar Rəhimzadə vurğulayıb ki,  2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində  Ermənistanla bərabər onun dünyadakı havadarlarını da məğlubiyyətə uğradan tarixi Zəfərimizdən,  2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından təşvişə düşənlərin sayı daha da artır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün dünyada söz sahibi olan dövlətə çevrilib. Yeni reallıqları ilə regionda və dünya siyasətində yeniliklərə nail olur.  Dünyanın bütün siyasi qütbləri ilə balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan bu gün regionda sabitliyin və dayanıqlılığın nümunəsidir. Məhz bu səbəblərdən Rusiya Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışır. Belə hallarda Rusiyada adətən “miqrant ovu” başlayır. Miqrantlar əsassız olaraq “ağır ittihamlar”la üzləşirlər. Bu cür hallar təkcə Yekaterinburqla məhdudlaşmır, Rusiyanın demək olar ki, digər iri şəhərlərində müşahidə olunur. Ukrayna ilə müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Rusiyada ənənəvi olaraq hər zaman digər xalqlara qarşı şovinist əhval-ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikaya çevrilib. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrı-seçkilik, diskriminasiya və islamofobiya güclənir. Ukrayna ilə müharibədə istədiyi nəticəni əldə edə bilməyən Rusiya digər xalqların nümayəndələri arasından düşmən axtarışına başlayıb. Kremlin əlaltısı olan Solovyov kimi ünsürlərin şovinist, açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosesin idarə olunduğunu aydın göstərir.
Millət vəkili  bildirib ki, əgər bu gün Rusiya ona qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, bu ölkənin şəhər və kəndlərini yer üzündən silirsə, Buçada soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla məhv edirsə, onda digər xalqlara qarşı daha qəddar davranışı təəccüb doğurmur. Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya siyasəti sistemli hal alıb. Rusiya hüquq-mühafizə orqanlarının “ixtira” etdiyi və geniş şəkildə istifadə edilən “etnocinayətkarlıq” anlayışı da sadəcə bu ölkədə digər xalqların  nümayəndələrinin cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmağa hesablanıb.
Vüqar Rəhimzadə qeyd edib ki,  Yekaterinburqda baş verən hadisələr planlaşdırılmış, xüsusi məqsədli bir cinayətdir. Azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli bədən xəsarəti faktları ilə bağlı günahkarlar dərhal cəzalandırılmalıdır. Rusiya tərəfindən həyata keçirilən bu siyasət qarşıdurmaya, etimad itkisinə xidmət edir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyun 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri