Vurulan gəmidə azərbaycanlılar var idi Zelenski
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İki Rusiya dronu ilə neytral sularda qarğıdalı daşıyan Türkiyəyə məxsus mülki gəmiyə dəhşətli zərbə endirilib.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün Teleqram kanalında yazıb.
“Gəmidə Azərbaycan və Hindistan vətəndaşları var idi. Təəssüf ki, hazırda gəmi kapitanının həlak olduğu məlumdur. Başsağlığı verirəm. Daha bir nəfərin taleyi müəyyənləşdirilir. On bir ekipaj üzvü xilas edilib, onlardan biri xəsarət alıb”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna gərginliyi azaltmaq və Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün dəfələrlə konkret addımlar təklif edib:
“Üçüncü ölkələrdən də təkliflər var idi. Lakin Rusiya normal dəniz əməliyyatları əvəzinə, ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq göstərilməsi zəruridir. Və bu məsələdə səmimi maraqlı olan hər kəs kömək etməlidir”.
Qeyd edək ki, bu gün Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” adlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 05 Oktyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















