Vüsal Hüseynov: Təbii fəlakətlər dünyanın bir çox yerində yerdəyişmələrin miqyasının böyüməsinə səbəb ola bilər AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Təəssüf ki, iqlim dəyişmələrinin yaratdığı aktual problemlər və insanların yerdəyişməsinə güclü təsiri indi həmişəkindən daha önəmlidir. Hesablamalara görə, son on il ərzində iqlimlə bağlı fəlakətlər davamlı olaraq illik yerdəyişmələrin artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Mavi Zonada "COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən yüksəksəviyyəli panel iclasda deyib.
Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, lazımi adaptasiya tədbirləri tətbiq olunmasa, iqlim dəyişmələri ilə əlaqədar fəlakətlərin artması dünyanın bir çox yerində yerdəyişmələrin
miqyasının böyüməsinə səbəb ola bilər: "Bu kontekstdə, bugünkü müzakirələrin əsas məqsədləri olan insanların yerdəyişməsi və iqlim dəyişmələri arasındakı əlaqənin kollektiv şəkildə anlaşılması ətrafında dialoqun təşviqi, müvafiq maraqlı tərəflər arasında məlumatlılığın artırılması, eləcə də iqlim dəyişmələrinə dayanıqlılığın artırılması və adaptasiya planlarının hazırlanması üçün inklüziv və vahid strategiyaların müəyyənləşdirilməsi vacibdir. Buradakı müzakirələrimiz həm də fəaliyyətlərin stimullaşdırılmasına yönələcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















