Vüsal Qənbərov: Sabah la oyunda meydana xal qazanmaq məqsədilə çıxacağıq
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. "Neftçi" güclü komandadır və onlara qarşı oynamaq yüksək mübarizə əzmi tələb edir". Bu sözləri Sport24.az-a açıqlamasında Vüsal Qənbərov deyib.
Gənc futbolçu Misli Premyer Liqasının növbəti turunda qarşılaşacaqları "Sabah"la oyundan gözləntilərini açıqlayıb:
"Meydanda olduğum zaman əsas məqsədim komandama maksimum dərəcədə kömək etmək və məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirməkdir. Oyundan oyuna daha da inkişaf etməyə, daha yaxşı çıxış etməyə çalışıram. Hazırda əsas məqsədimiz hər oyunda sabit və inamlı çıxış etməkdir. Premyer Liqada mövqeyimizi gücləndirmək və uzunmüddətli perspektivdə daha yüksək hədəflərə doğru addımlamaq istəyirik. "Sabah" güclü heyətə malik komandadır. Bu qarşılaşmanın da gərgin keçəcəyini bilirik. "Sabah"la oyunda meydana xal qazanmaq məqsədilə çıxacağıq və bunun üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Sabah" - "İmişli" matçı avqustun 31-i, saat 19:30-da "Bank Respublika Arena"da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















