Vyanada Azərbaycan Avstriya iqtisadi komissiyasının 11 ci iclası keçirilib
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Vyanada Azərbaycan-Avstriya iqtisadi, kənd təsərrüfatı, sənaye, texniki və texnoloji əməkdaşlıq üzrə birgə komissiyasının 11-ci iclası keçirilib.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəylinin “X” sosial şəbəkə hesabında bildirilib.
Məlumata görə, iclas iyunun 11-də keçirilib. Həmin gün Vyanada iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə işgüzar dəyirmi masa da baş tutub.
"Bu, ikitərəfli münasibətlərin inkişafını nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Bizim ikitərəfli iqtisadi əməkdaşlığımız çoxşaxəlidir. Buraya inşaat, kənd təsərrüfatı, nəqliyyat, tibbi texnologiyalar, xidmətlər, energetika, turizm və digər sahələrdə əməkdaşlıq daxildir. Bu isə ikitərəfli münasibətlərin dinamikliyini və inkişafını vurğulayır", - R.Sadıqbəyli yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















