Icma.az
close
up
RU
Vyanada Səməd Vurğunun 120 illiyi qeyd edildi FOTO

Vyanada Səməd Vurğunun 120 illiyi qeyd edildi FOTO

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi münasibətilə dahi şairin alman dilinə tərcümə edilmiş şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçirildi.

Moderator.az xəbər verir ki, ədəbi-mədəni ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının və diaspor nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm hadisə kimi yadda qaldı. 

Təqdimat mərasimini açan Mərkəzin direktoru Leyla Qasımova tədbirin əsas məqsədinin Səməd Vurğunun zəngin ədəbi irsini, bədii düşüncəsini və humanist ideyalarını almandilli oxuculara çatdırmaq, Azərbaycan poeziyasının beynəlxalq mədəni mühitdə təbliğinə töhfə vermək olduğuunu bildirdi. Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı müstəsna mövqeyi, milli poeziyanın inkişafındakı xidmətləri və yaradıcılığının bu gün də öz aktuallığını qoruyub saxlaması vurğulandı. Qeyd olundu ki, şairin vətənə, insana, təbiətə və mənəvi dəyərlərə həsr etdiyi əsərlər milli sərhədləri aşaraq ümumbəşəri məna daşıyır.

Vurğunşünas alim Aslan Salmansoy çıxışında Səməd Vurğunun poeziyasının əsas ideya-bədii xüsusiyyətləri, Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər barədə geniş məlumat verdi. Bildirildi ki, şairin əsərlərində milli ruh, vətənpərvərlik, təbiətə sevgi, insana inam və yüksək humanizm xüsusi yer tutur. Şairin dil və üslub xüsusiyyətlərinə də toxunaraq onun poetik irsinin sadəliyi, səmimiliyi, musiqililiyi və dərin fəlsəfi məzmunu ilə seçildiyini qeyd etdi. Səməd Vurğun yaradıcılığının yalnız Azərbaycan üçün deyil, bütövlükdə dünya ədəbiyyatı üçün əhəmiyyətindən danışıldı. Şairin əsərlərinin müxtəlif dillərə tərcümə olunmasının onun yaradıcılığındakı ümumbəşəri ideyaların daha geniş coğrafiyada yayılmasına imkan verdiyi vurğuladı, 50 illik yubileyi və dünyasını dəyişməsi ilə əlaqədar Polşanın, Bolqarıstanın, Almaniyanın, İngiltərənin, Hindistanın, Pakistanın, Çinin, Monqolustanın, Koreyanın, Vyetnamın, İranın müxtəlif şəhərlərindən, ərəb ölkələrindən göndərilmiş məktubların, teleqramların əsillərinin Səməd Vurğunun ev-muzeyində indi də qorunduğunu  və  bunların  şairin dünya şöhrətinə şahidlik etdiyini bildirdi. Aslan Salmansoy çıxışını yuqoslav şairi İ.Eminin sözləri ilə yekunlaşdırdı: “Təkcə “Azərbaycan” şeirinə görə ona xalq nəğməkarı demək mümkündür. Çünki S.Vurğun burada Vətənin ən əlamətdar keyfiyyətlərini ümumiləşdirir” və Səməd Vurğuna həsr olunan şerdən bir bənd səsləndirdi:

Şeir yaşadıqca, söz yaşadıqca,

Vurğun kəsiləcək Vurğuna hər kəs...

Şeirləri alman dilinə tərcümə edən Mixael Hess  mütərcim çıxışında kitab üzərində aparılan işdən və tərcümə prosesinin xüsusiyyətlərindən danışdı. O, Səməd Vurğun poeziyasının yalnız məzmununu deyil, həm də ahəngini, emosional təsirini, obrazlı ifadə vasitələrini və milli ruhunu alman dilində qoruyub saxlamağın əsas məqsəd olduğunu bildirdi. Tərcüməçi poetik mətnin başqa dilə çevrilməsinin xüsusi məsuliyyət tələb etdiyini qeyd etdi. Şeirin ritmi, intonasiyası, bədii obrazları və milli-mədəni çalarları tərcümə prosesində diqqətlə nəzərə alınmışdır. Bildirildi ki, kitab üzərində iş zamanı hər bir şeirin ruhuna uyğun söz və ifadələrin seçilməsinə, müəllifin poetik nəfəsinin almandilli oxucuya mümkün qədər dolğun çatdırılmasına xüsusi diqqət yetirilmişdir.

Tədbirin ən yaddaqalan məqamlarından biri şairin əsərlərinin səsləndirilməsi oldu. Səməd Vurğunun öz səsində “Nizami” və “Bahar”, Mərkəzin əməkdaşı Gülər Əzizovanın ifasında təqdim olunan “Ala Gözlər”, “Şuşa” və “Ana” şeirlər mərasim iştirakçılarına xüsusi təsir bağışladı. Səslənən şerlər şairin poetik dünyasını, əsərlərinin ahəngini və emosional gücünü dinləyicilərə daha yaxından hiss etdirdi. Sonda Ümumilli Lider Heydər Əliyev tərəfindən səsləndirilən “Azərbaycan” şeirindən bir parça təqdimat mərasiminə xüsusi rəng qataraq, iştirakçıları ruhlandırdı. 

Şeirlərin alman dilində səslənirən Avstriyalı aktyor Konstantin Zanderin bədii qiraəti böyük maraqla qarşılandı. Aktyorun peşəkar ifası əsərlərin məna və duyğu çalarlarının alman dilində təsirli səslənməsinə imkan yaratdı.  

Təqdimat mərasiminin bədii hissəsində həmçinin Səməd Vurğunun Ev-Muzeyinin direktoru, şairin nəticəsi Vurğun Vəkilov pianoda musiqi parçaları ifa etdi.

Proqrama şairin sevdiyi bəstəkarların əsərlərindən seçilmiş nümunələr daxil edilmişdi və  tədbirin poetik ruhunu tamamladı, mərasimdə həzin və emosional atmosfer yaratdı. Poeziya ilə musiqinin vəhdəti Səməd Vurğunun zəngin mənəvi dünyasını və sənətə olan sevgisini daha dolğun şəkildə əks etdirdi.

Vurğun Vəkilovun ifası iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və şairin ailə ənənələrinin, mənəvi irsinin və sənətə bağlılığının sonrakı nəsillər tərəfindən yaşadıldığını nümayiş etdirdi.

Təqdim olunan kitabın Azərbaycan poeziyasının Avropada daha geniş tanınmasına, Səməd Vurğun yaradıcılığının yeni oxucu auditoriyasına çatmasına və Azərbaycan ilə almandilli ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişafına dəyərli töhfə verəcəyi iştirakçılar tərəfindən qeyd edildi. Mərasim boyu səslənən fikirlər, şeirlər və musiqi parçaları bir daha göstərdi ki, Səməd Vurğun poeziyası milli köklərə bağlı olmaqla yanaşı, ümumbəşəri məzmunu, humanist ideyaları və yüksək bədii dəyəri ilə zaman və dil sərhədlərini aşan böyük bir ədəbi irsdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri