Icma.az
close
up
RU
Vyanada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq müsabiqə uğurla başa çatıb

Vyanada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq müsabiqə uğurla başa çatıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vyana, 8 sentyabr, AZƏRTAC

Azərbaycanın klassik musiqisini Avropada tanıtmaq məqsədi daşıyan II “Sounds of the Land of Fire” Beynəlxalq Musiqi Müsabiqəsi Vyanada uğurla başa çatıb. Bu möhtəşəm layihə Azərbaycan klassik musiqisinin banisi, bütün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, müsabiqənin final mərhələsi və laureatların qala-konserti Vyana şəhərinin mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında və Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.

Müsabiqənin təşkilatçısı və baş sponsoru 2002-ci ildə Avstriyada təsis edilən və hazırda Sahilə Rzazadənin rəhbərlik etdiyi Azərbaycan Akademik Birliyidir. İyirmi ildən artıq müddətdir ki, bu birlik Avstriya və Azərbaycan arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Müsabiqənin digər sponsoru Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, tərəfdaşı isə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi olub.

Müsabiqənin təntənəli açılışında Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova və Azərbaycan Akademik Birliyinin rəhbəri Səhilə Rzazadə çıxış ediblər. Leyla Qasımova çıxışında bildirib ki, Mədəniyyət Mərkəzi bu mötəbər tədbirin qala-konsertinə ev sahibliyi etməkdən qürur duyur. O, yarışmanın artıq ikinci dəfə keçirilməsindən və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmasından məmnunluq duyduğunu ifadə edərək, təşkilatçılara, münsiflər heyətinə və iştirakçılara uğurlar arzulayıb. Sahilə Rzazadə çıxışında münsiflər heyətinə, sponsorlara, tərəfdaşlara və xüsusilə də öz komandasına dərin təşəkkürünü bildirib. O, iştirakçıların həm istedadlı, həm də cəsarətli olduqlarını vurğulayıb.

Rəsmi çıxışlardan sonra qonaqlara 2022-ci ildə keçirilmiş birinci müsabiqənin tarixini, layihənin missiyasını, məqsədlərini, mükafatlarını və finalçılarını əks etdirən video təqdim olunub. Videodakı klassik musiqi ilə süni intellekt texnologiyalarının vəhdəti xüsusi maraq doğuran yaradıcı yanaşma kimi yadda qalıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli münsiflər heyətinin sədri qismində çıxışında müsabiqənin əhəmiyyətini vurğulayıb, daha sonra münsiflər heyətinin üzvləri və Sahilə Rzazadə ilə birlikdə laureatlara diplom və mükafatlar təqdim edib.

Xüsusilə vurğulanmalıdır ki, müsabiqənin bu qəbildən olan digər yarışmalardan əsas fərqləndirici xüsusiyyəti Azərbaycan bəstəkarlarının əsərlərinin ifasının əsas şərtlərdən biri olmasıdır. Müxtəlif ölkələrdən finala vəsiqə qazanmış gənc pianoçular ilk dəfə olaraq Qara Qarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, Qalib Məmmədov, Fərhad Bədəlbəyli və digər müəlliflərin zəngin irsinə müraciət ediblər. Bu layihə çərçivəsində dünya musiqi ictimaiyyətini Azərbaycan mədəniyyətinə daha da yaxınlaşdırmaq missiyası tam şəkildə həyata keçirilib.

Müsabiqənin nəticələrinə əsasən, Eunseon Ahn (Cənubi Koreya) birinci yer, Nanase Kuroki (Yaponiya) və Naoe Sasaki (Yaponiya) ikinci yer, Hidayət Sadıqbəyli (Azərbaycan) və Tomiris Bekturova (Qazaxıstan) üçüncü yerə layiq görülüblər.

Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə Daniel Boura (Çexiya) xüsusi mükafatla təltif edilib. O, Əşrəf Abbasovun “Folk Song (6 Miniatures)” və “Humoreska” əsərlərini, həmçinin Cövdət Hacıyevin “Joke” və “Fairy Tale” əsərlərini yüksək peşəkarlıqla səsləndirib.

Münsiflər heyətində Xalq artisti Fərhad Bədəlbəyli (fəxri sədr) ilə yanaşı Milan və Linz konservatoriyalarının professoru, Bakıda doğulmuş Oleq Marşev, Vyana Rixard Vaqner Konservatoriyasının professoru Ştefan Möller, pianoçu və bəstəkar Abuzər Manafzadə, pianoçu Kamalə Əhmədova və musiqişünas, pedaqoq, Vyanadakı “Musiqi sevinc gətirir” məktəbinin rəhbəri Fərəh Tahirova yer alıblar.

Yaxın gələcəkdə qaliblərin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ölkənin aparıcı orkestrləri ilə birgə konserti nəzərdə tutulur.

Münsiflərin fikrincə, müsabiqə yeni istedadların ortaya çıxarılması üçün əsl kəşf xarakteri daşıyıb. İştirakçıların hazırlıq səviyyəsi və peşəkarlıq dərəcəsi çox yüksək olub. Azərbaycan musiqisinin ifası isə bir çoxları üçün ilk dəfə olmaqla yanaşı, böyük maraq və dərin emosional təsir yaradıb.

Qeyd edilməlidir ki, “Sounds of the Land of Fire” artıq Avropanın mədəni həyatında öz layiqli yerini tutmuş və Azərbaycan musiqisinin xaricdə tanıdılmasının parlaq bir səhifəsinə çevrilmişdir. Bu genişmiqyaslı layihənin hazırlanması və həyata keçirilməsi üzərində təxminən bir il ərzində çalışan Sahilə Rzazadə (rəhbər və layihə direktoru), Abuzər Manafzadə (müsabiqənin məsləhətçisi), Sabina Rzazadə (incəsənət üzrə məsləhətçi), Ramazan Nəbiyev (müavin və informasiya texnologiyaları üzrə məsləhətçi), Elçin Bağırov (maliyyə məsləhətçisi) və Raul Məmmədzadədən (mədəni təşkilatlarla əməkdaşlıq üzrə köməkçi) ibarət komandanın xüsusi əməyi qeyd olunmalıdır.

Müsabiqə haqqında daha ətraflı məlumatı müsabiqənin rəsmi saytından əldə etmək mümkündür - www.lofmc.com.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri