Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 20 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən silsilə ustad dərsləri başa çatıb.

MEMİM-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bakı, Sumqayıt və Xırdalanda gerçəkləşən layihə musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün həyata keçirilib.

Layihə üzrə Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində violonçel ixtisası üzrə ustad dərsi təşkil olunub. Dərs Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası İfaçılıq fakültəsinin dekanı Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə tərəfindən aparılıb.

Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində xanəndəlik ixtisası üzrə ustad dərsi keçirilib. Ustad dərsi Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist, xanəndə Təyyar Bayramovun iştirakı ilə gerçəkləşib.

Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində tar ixtisası üzrə ustad dərsi təşkil edilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə qeyd olunan təhsil ocağı ilə yanaşı, regional idarənin tabeliyindəki bir sıra məktəblərdən də müəllim və şagirdlər iştirak ediblər.

Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində saz ixtisası üzrə ustad dərsi təşkil olunub. Dərs Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevin iştirakı ilə gerçəkləşib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, professor Könül Hüseynovanın iştirakı ilə Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib. Daha bir ustad dərsi Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbində klarnet ixtisası üzrə təşkil olunub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Anar Məmmədovun iştirakı ilə reallaşan ustad dərsində paytaxtın bir sıra məktəblərindən şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

Layihənin sonuncu günündə rəqs ixtisası üzrə ustad dərsi təşkil olunub. Bakı şəhəri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadənin iştirakı ilə keçirilən ustad dərsi sahə üzrə təhsil alan gənc istedadlar üçün maraqlı keçib.

Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində layihənin sonuncu ustad dərsi keçirilib. Vokal ixtisası üzrə ustad dərsi Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Əməkdar artist Zenfira İsmayılova tərəfindən aparılıb.

Ustad dərslərinin əvvəlində MEMİM-in şöbə müdirləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova, mərkəzin mütəxəssisi Leyla Rzayeva, eləcə də Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zaur Cəfərov çıxış edərək layihənin istedadlı uşaq və gənclərin inkişafındakı xüsusi önəmindən danışıblar. 12 ixtisas üzrə keçirilən ustad dərslərinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilməsinin təsadüfi olmadığı bildirilib. Qeyd edilib ki, Üzeyir bəy görkəmli təhsil təşkilatçısı kimi ölkəmizdə musiqi tədrisinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərib.

İcra olunan bütün ustad dərslərində tanınmış mütəxəssislər uşaq və gənclərə, həmçinin müəllimlərə dəyərli tövsiyələrini veriblər ki, bu da onların peşəkar inkişafında, gələcək fəaliyyətində olduqca faydalıdır.

Bu ustad dərsləri musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsi məqsədilə həyata keçirilib.

Böyük musiqi xadimi Üzeyir Hacıbəylinin 140 illiyinə töhfə olan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri