Vyetnam nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dəvəti ilə Vyetnam Sosialist Respublikasının Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huongun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. SİA xəbər verir ki, səfər çərçivəsində dekabrın 17-də Dövlət Statistika Komitəsinin rəhbərliyi və Vyetnam nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanı ziyarət olunaraq Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Seyranə Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















