Icma.az
close
up
RU
Vyetnamda güclü daşqınlar 68 mindən çox evə ziyan vurub

Vyetnamda güclü daşqınlar 68 mindən çox evə ziyan vurub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Güclü daşqınlar Vyetnamın mərkəzində yerləşən Xanhoa, Zyalay və Daklak əyalətlərində 68 mindən çox evə ziyan vurub.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində 13 min hektar əkin sahəsi və 2 min 100 hektar meyvə plantasiyası ciddi zərər görüb, 30 mindən çox mal-qara və quş tələf olub. Ölkənin mərkəzində yağış və daşqın səbəbindən 1 milyondan çox insan elektriksiz qalıb.

Hakimiyyət orqanları daşqınların nəticələrini tez bir zamanda aradan qaldırmaq, təhlükəsizliyi təmin etmək və zərəri minimuma endirmək üçün bütün lazımi tədbirləri görür. Daşqın və sürüşmə riski yüksək olan ərazilərdən 61 mindən çox insan təxliyə edilib.

Vyetnam ordusunun 21 min hərbçisi və İctimai Təhlükəsizlik Nazirliyinin 42 min əməkdaşı əhaliyə yardım üçün zərər çəkmiş ərazilərə göndərilib. İnsanların təxliyəsi və təcrid olunmuş ərazilərə ərzaq və zəruri malların çatdırılması üçün helikopterlər, gəmilər və xüsusi texnika cəlb edilib. Daşqın ölkənin mərkəzi hissəsində və digər bölgələrlə avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub. Əsas magistrallarda və əyalət yollarında kilometrlərlə uzanan tıxaclar yaranıb.

Qeyd edək ki, Vyetnamın mərkəzində miqyaslı daşqınlar nəticəsində 43 nəfər həlak olub, 9 nəfər isə itkin düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri