WAKO nun prezidenti: Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir.
"Report" xəbər verir ki, bunu Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəhbəri Bakıya gəldiyi üçün məmnun olduğunu söyləyib:
"Ölkənizdə qonaq olmaq mənə çox xoşdur. Həqiqətən gözəl şəhəriniz var. Yəqin ki, şəhəri gəzmək üçün bir qədər vaxtımız olacaq. Amma daha əvvəl Şəhidlər xiyabanına getdik. Ardınca Azərbaycan üçün önəmli şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdik".
O, 2027-ci ildə Bakıda kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının baş tuta biləcəyini söyləyib:
"Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir. Sabah gənclər və idman naziri Fərid Qayıbovla görüşümzdən sonra məsələ demək olar tam həllini tapacaq. Azərbaycanın idman ölkəsi olduğunu bilirik. Ölkəniz bir sıra maraqlı iddman tədbirlərinə ev sahibliyi edib".
Qeyd edək ki, WAKO-nun prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı martın 5-dək Bakıda səfərdə olacaqlar. Onlar federasiya rəsmilərinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 03 Mart 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















