Icma.az
close
up
RU
WhatsAppda yeni dələduzluq növü yayılır Necə qorunmalı?

WhatsAppda yeni dələduzluq növü yayılır Necə qorunmalı?

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətəndaşlar ikili təhlükəsizlik pəncərəsini aktiv etməlidir

Kiberdələduzlar tərəfindən şirnikləndirici ssenarilər qurulur


"WhatsApp"da yeni dələduzluq növünün yayıldığına dair məlumatlar verilir. “XəzərXəbər.az”ın məlumatına görə, vətəndaşların "WhatsApp" hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir. Son vaxtlar kiberdələduzlar artıq “WhatsApp” hesablarını rahatlıqla oğurlaya bilirlər. Hətta bəzi hallarda vətəndaşa kontaktında olan bir şəxsin nömrəsi ilə mesaj yaza da bilir, bununla özlərinə inamı artırır və şəxsi məlumatları əldə etməyə çalışırlar. Vətəndaşlara diqqətli olmaq tövsiyə edilir, bildirilir ki, bütün hallarda kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mobil nömrənizə və ya vatsap nömrənizə mənbəyi məlum olmayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar "WhatsApp" hesabınızı ələ keçirə bilərlər.


İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov “Şərq”ə açıqlamasında qeyd etdi ki, vatsap hesabı bəsit şəkildə ələ keçirilə bilər, fikri yanlışdır. Vətəndaş yalnız OTP kodu göndərərsə, vatsap hesabı ələ keçirilə bilər: 

- Bu, belə baş verir; deyək ki, birinin vatsap hesabı, nömrə bir dələduz tərəfindən yüklənir başqa bir cihaza, həmin şəxsə sms gəlir, yazışma vasitəsilə şəxs manipulyasiya edilərək, yəni şirnikləndirilərək ondan OTP kodunu göndərməsi istənilir. OTP kodu göndərildikdə şəxsi hesab ələ keçirilə bilər. Amma fişing hücumları ilə OTP kod ələ keçirilə bilmir. Fişing hücumları daha çox fərdi hesabların, kart hesablarının ələ keçirilməsi ilə baş verir. OTP kod isə yalnız manipulyasiya edilərək yazışmada ələ keçirilə bilər. O kod olmadan vatsap hesabı ələ keçirilə bilərmi, bu, sual altındadır. Bunun müxtəlif variantları, üsulları var. Müxtəlif dövrlərdə bu açıqlar tapılıb və bağlanılıb. Ötən il beynəlxalq SMS daşıyıcıda tapılan boşluq sayəsində OTP kodlar ələ keçirilmişdi. Amma mənbə tapıldı və boşluq bağlandı. Belə bir hücumlar, hər dövr üçün aktual deyil. OTP kodu olmadan bu, mümkün deyil. Fişing hücumlarını da düz başa düşmək lazımdır. Fişing hücumları vasitəsilə sizin şəxsi məlumatlarınız, bank hesabındakı 16 rəqəmli kod və bunun kimi məlumatlar əldə edilir. Amma SMS vasitəsilə OTP kodu gəlmirsə və onu siz başqasına vermirsinizsə, ötürmürsünüzsə,  vatsap və ya bank hesabınız ələ keçirilə bilmir. Dediyim kimi, müəyyən dövrdə açıqlar - boşluqlar olub. Lakin açıqlar həmişə aktiv fazada olmur. Müəyyən dövrdə boşluq tapırlar və istifadə edirlər. 

E.Abbasov qeyd etdi ki, şəxsin vatsap hesabı oğurlansa da, əgər ikili təhlükəsizlik funksiyası aktivdirsə, məlumatlar dələduz üçün əlçatan olmayacaq, dələduzlar yazışmalara daxil ola bilməyəcək:

- Ona görə də biz daim çağırış edirik ki, vətəndaşlar ikili təhlükəsizlik pəncərəsini aktiv etsinlər. OTP kodunu heç kimə göndərməsinlər. Fişing hücumları ehtimalı olar bilər, ona görə də hər hansı bilinməyən pəncərələrdə “göndər” tuşuna basmaq, bilinməyən məlumatları klikləmək lazım deyil. Şəxsi məlumatlar özbaşına getmir. Kiberdələduzlar tərəfindən şirnikləndirici ssenarilər qurulur. Vətəndaş “göndər” tuşuna basdıqda məlumatlar əldə oluna bilir. Ümumiyyətlə, vətəndaşlarımızda rəqəmsal səriştəliklə bərabər kibergigiyena mədəniyyəti (vatsap üzərindən nəyi etmək olar, nəyi yox) də formalaşmalıdır ki, kiberdələduzların toruna düşməsinlər.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri