Gecə qoşulu qalan Wi Fi və digər elektronik cihazlar insan səhhətinə ziyan vurur? Həkim ekspert AÇIQLADI
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Günümüzdə demək olar ki, həyatımızın hər anı elektronik cihazlarla əhatəlidir. Telefonlar, planşetlər, kompüterlər, televizorlar, bunlar gündəlik işimizi, əyləncəmizi və hətta ünsiyyətimizi təmin edir. Onlarla birlikdə isə Wi-Fi və digər simsiz rabitə texnologiyaları da evlərimizə və ofislərimizə daxil olub.
Xüsusilə gecələr bir çox insan telefonlarını, kompüterlərini və Wi-Fi şəbəkələrini açıq vəziyyətdə saxlayaraq yatır. Bu zaman elektromaqnit şüalanma, yəni radiasiya, insan orqanizminə daxil olur. Bəs bu şüalanma bizə həqiqətən təhlükə yaradırmı? Günlük həyatımızda istifadə etdiyimiz Wi-Fi və digər elektronik cihazlardan gələn radiasiya hansı xəstəliklərə səbəb ola bilər və bu risklər nə qədər realdır?
Məsələ ilə bağlı həkim-radioloq Aydın Əliyev Avtosfer.az-a deyib ki, gecə yatarkən telefon, Wi-Fi və digər elektrik cihazlarının yaxınlıqda saxlanması şüalanma vasitəsilə bədənə təsir göstərə bilər, ona görə onları uzaqda saxlamaq tövsiyə olunur:
“Gecələr evdə, elektrik avadanlıqların, hətta telefonların, xüsusən uşaqların önündə qoyulması ümumiyyətlə düzgün deyil. Süd verən analar və ümumiyyətlə hər kəs yatarkən telefonunu uzaqda saxlamalıdır, elektronik avadanlıqları bağlasalar daha yaxşıdır. O cümlədən, Wi-Fi-lər də eyni qaydada söndürülməsi tövsiyyə olunur. Bunlar hamısı şüadır. Fikir verin, onkoloji xəstəliklərdə də şüadan istifadə olunur ki, onkoloji hüceyrələri məhv olunsun. Orada məcburiyyət var. Amma evdəki telefonlar və Wi-Fi-lər üçün belə bir zərurət yoxdur. Vaxtilə televizorlardan da uzaq durmaq tövsiyə edilirdi, üç-dörd metr məsafə saxlanmalı idi. İnsanlar yemək yeyərkən də telefona və ya televizora baxırlar. Yol gedərkən, yemək yeyərkən telefonlara baxmaq artıq vərdiş halını alıb. Təbii ki, bu şüalar ziyanlıdır. İnsanın bədənində müvafiq dəyişikliklərə səbəb olur”.
Radioloqun sözlərinə görə, xüsusilə uşaqlar və gənclər həssas olduğundan elektromaqnit şüalar onlara daha tez təsir edə bilir:
“Hüceyrədə gedən biokimyəvi enerjinin, hüceyrənin hərəkətinin dəyişməsinə səbəb olur. Kimdə az, kimdə çox, təsiri fərqli olur, amma mütləq müəyyən bir dərəcədə ziyan verir. Hər hansı xəstəliyə səbəb ola bilər, xüsusən də insanın hansısa orqanında patologiya varsa və həmin orqan xəstəliyə meyillidirsə, zərər daha tez meydana çıxır. Xüsusən cavanlar və uşaqlar uzaqda durmalıdır. Telefonları cibində gəzdirməməlidirlər, çünki onların sinir sistemi daha həssasdır və təsir daha tez görünür. Wi-fi və digər elektronik cihazlar gecə yatarkən söndürülməli və uzaq durulmalıdır. Nə qədər uzaqda olsalar və lazım olmadıqda bağlasalar, bir o qədər yaxşıdır”.
Nurcan Babək
Oxunub 60
Baxış sayı:43
Bu xəbər 12 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















