Worldofvolley : Sabit oyunu və hücumdakı məhsuldarlığı onu məşhurlaşdırıb
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Bu, Polina Rəhimovanın karyerasında yeni bir mərhələdir”.
İdman.biz xəbər verir ki, beynəlxalq voleybol mediasə Azərbaycan voleybolçusu Polina Rəhimovanın Yunanıstanın “Panionios” klubuna keçidinə belə reaksiya verib.
"Worldofvolley" portalı bu transferlə bağlı böyük ümidlərin olduğunu yazıb: “Rəhimovanın karyerası bir neçə qitəni əhatə edir – o, Asiya, Avropa və Cənubi Amerikanın aparıcı liqalarında çıxış edib. O, öz zəngin beynəlxalq təcrübəsi ilə Yunanıstan klubunun həm daxili, həm də avrokubok yarışlarına hazırlığına töhfəsini verəcək”.
Polinanın Braziliyadakı son mövsümünə də diqqət çəkilib: “34 yaşlı voleybolçu ötən mövsümü “Osasko” klubunda keçirib və burada Paulista çempionluğu, Braziliya kuboku və Superliqa da daxil olmaqla üç böyük titulun qazanılmasında əsas rol oynayıb. Sabit oyunu və hücumdakı məhsuldarlığı onu məşhurlaşdırıb və voleybol analitikləri və şərhçiləri tərəfindən dəfələrlə tərif qazanıb”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 22 May 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















