WSJ: ABŞ nin yeni PUA ları isti hava şəraitində sınaqdan keçməyib
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə yeni pilotsuz uçuş aparatlarının (PUA) və rabitə sistemlərinin isti hava zamanı dağlıq ərazidəki çatışmazlıqları aşkar edilib.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir.
Nəşrdə qeyd olunur ki, Fort-İrvin bazasındakı 10 günlük təlimlər iyul ayında keçirilib. Bu zaman səhrada havanın temperaturu +43°C-yə yaxınlaşırdı, bu səbəbdən serverlər həddindən artıq qızırdı, PUA-ların akkumulyatorları isə boşalırdı və onları yenidən enerji ilə doldurmaq mümkün olmurdu.
Nəşrin məlumatına görə, istiyə hava səbəbindən "Anduril" PUA-larından birini yerə endirməli olublar, "Theiss UAV Solutions" dronunun buraxılışı isə təxminən 10 dəqiqə çəkib.
Həmçinin dronlar güclü külək həmlələrinə qarşı davamsız olub, dağ silsilələrinin arxasında uçuşlar zamanı isə operatorlarla əlaqə itirib.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 10 Oktyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















