WSJ: Cozef Baydenin müşavirləri dörd il ərzində ona “nəzarət ediblər” AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 20 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Baydenin müşavirləri Ağ evdə işlədiyi müddətdə siyasətçinin səhv addımlarını və qarşılaşdığı çətinlikləri ört-basdır etmək üçün onun görüşlərinə və cədvəlinə nəzarət ediblər.
AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Qəzetin həmsöhbətləri Cozef Baydenin müşavirlərinin daha çox prezidentin köməkçiləri kimi fəaliyyət göstərdiyini deyiblər. Ağ ev rəhbərinin ünsiyyətdə olduğu adamların dairəsini və aldığı məlumatların mənbələrini məhz onlar məhdudlaşdırıblar.
Həmin struktur ABŞ liderinin imicinə xələl gətirə, siyasi problemlər yarada və ya dünya nizamını poza biləcək “səhvlərinin” qarşısını almaq üçün qurulub.
Qeyd edək ki, noyabrda 82 yaşı tamam olmuş Cozef Bayden ictimai yerlərdə çıxışlarında və siyasi görüşlərdə tez-tez yöndəmsiz hərəkətləri və sözləri ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















