Icma.az
close
up
RU
WSJ: “Əsəd ailəsinin milyardlarına “ov”

WSJ: “Əsəd ailəsinin milyardlarına “ov”

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Amerikanın “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Bəşər Əsədin xaricdə əldə etdiyi mülkləri arasında Rusiyada daşınmaz əmlak, Vyanada otellər və Dubayda şəxsi təyyarə kimi aktivlər var.
“Bəşər Əsəd mərhum atası Hafiz Əsədlə birlikdə gizli şəkildə xaricə kapital yerləşdirmək üçün qohumlarından istifadə edirdi. Onlara beynəlxalq səviyyədə “əsl ov” olacaq. Əsəd ailəsinin həmişə B planı olub və sürgünə yaxşı hazırlaşıblar”, - əvvəllər Əsədin aktivlərini tədqiq etmiş Ağ Evin keçmiş rəsmisi Endryu Teyblerə istinad edən qəzet bildirir.
“Keçmiş hakim klanın” maliyyə vəziyyətini araşdıran keçmiş amerikalı məmurlar, hüquqşünaslar və tədqiqat təşkilatlarının iddiasına görə, xarici aktivlərin sahibləri arasında Bəşər Əsədin həyat yoldaşı Əsma Ahrasın ailəsi, anası Anisa Məhluf və əmisi Hafiz Rıfat da yer alıblar.

Açıqlanan məlumatlarda Hafiz Rifatın Fransada təxminən 90 milyon avro dəyərində əmlaka sahib olduğu, lakin 2019-cu ildə Paris məhkəməsinin bu aktivlərin oğurlanmış dövlət vəsaitlərinin mütəşəkkil şəkildə yuyulması nəticəsində qazanıldığı barədə qərar verərək, onu müsadirə etdiyi bildirilir. İş üzrə iddia qaldıran vəkil Uilyam Burdonun sözlərinə görə, Məhluf ailəsinin Əsədin “adından” pul qazanması və lazım gəldikdə onu maliyyələşdirməsi gözlənilirdi.
Nəşr müəyyən edilmiş aktivlər arasında Anisa və onun qardaşı Məhəmməd Məhlufun İsveçrənin “Credt Suisse” bankındakı hesablarını, Əhras ailəsinin Avropa və Fars körfəzindəki “qeyri-qanuni şəbəkələrindən” əldə olunan gəlirləri, Anisanın qardaşı oğlu Hafiz Məhlufun Moskvadakı 22,3 milyon dollar dəyərində daşınmaz əmlakını misal gətririr.
Ən çox sayda aktivlərin Mühəmməd Məhlufun oğullarından birinə - Ramiyə məxsus olduğu aşkarlanıb: Dubayda 43 milyon dollar dəyərində daşınmaz əmlak və şəxsi təyyarə; Rumıniyada daşınmaz əmlak; Kayman və Böyük Britaniyanın Virciniya adalarında “HSBC” bankının filiallarında 18 hesab; Vyanada artıq sahibi olmadığı otellər və bar; “Suriyatel” mobil operatoru; “Cham Wings” özəl hava yolu şirləti; “Cham Holding” şirkətinin 50% səhmləri; Suriyada rüsumsuz bazarları idarə etmək üçün eksklüziv müqavilələr - bu aktivlərin böyük hissəsi 2020-ci ildə itirilib.

Bəşər Əsədin universitet dostu və müşaviri Ayman Abdel Nurun dediyinə görə, Hafiz Əsəd hakimiyyətə (1971-2000) gəldikdən sonra qaynı Məhəmməd Məlufu “ölkənin gəlirli tütün idaxalı inhisarına” məsul şəxs təyin edib. 2000-ci ildə atasının ölümündən sonra hakimiyyətə gələn Bəşər Əsəd bu statusu Rami Məhlufa verib.
ABŞ Dövlət departamenti bildirib ki, Rami 2008-ci ildə 10 milyard dollarlıq sərvətlə “rejimin baş maliyyəçisi” olub. Bununla belə, 2020-ci ildə Əsədlə Məhluf ailəsi arasında baş verən narazılıq nəticəsində o, geniş ictimaiyyətin şahidliyi ilə bu statusdan məhrum edildi.
- Münaqişə qismən Məhlufun oğullarının sosial şəbəkələrdə dəbdəbəli həyatdan danışması ilə bağlı olub. Rami Məluufun harada olduğu hələlik məlum deyil”, - WSJ vurğulayıb.
Bundan əlavə, ABŞ Dövlət departamentinin iddiasına görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra Bəşər Əsədin kiçik qardaşı Maher Yaxın Şərqin digər ölkələrinə qaçaqmalçılıq yolu ilə “kaptaqon”u (psixotrop narkotik vasitə) keçirən Suriyanın 4-cü zirehli diviziyasının komandanı olub.

“Kaptaqon” ticarətini izləyən Suriya və Ərəb tədqiqat təşkilatı olan “Siyasi və İqtisadi Şəbəkələr Rəsədxanası”nın hesabatında bu əməliyyatın 2020-2022-ci illərdə hər il orta hesabla 2,4 milyard dollar gəlir gətirdiyi bildirilir.
Əsəd rejiminin Rusiyadakı aktivlərinə diqqət çəkən “Financial Times (FT)” nəşri isə Suriya hakimiyyətinin 2018-2019-cu illərdə Rusiyaya təxminən 250 milyon dollar nağd pul göndərdiyini iddia edib.
“Bu, Suriyanın faktiki olaraq tükənmiş qızıl-valyuta ehtiyatlarına baxmayaraq edilib. Tədqiqatçılar Moskvanın Vnukovo hava limanına ümumi çəkisi təxminən iki ton olan 100 dollar və 500 avro əskinasları daşıyan təyyarələrin endiyini aşkarlayıblar. Ümumilikdə, 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər Suriyadan Moskvaya nağd pul daşıyan 21 təyyarə uçuşu həyata keçirilib”, - qəzetdə dərc olunan materialda deyilir.
Nəşr müxalifətin və Qərbin Əsəd rejimini varlanmaq və müharibəni maliyyələşdirmək üçün Suriyanın sərvətlərini talamaqda ittiham etdiyini vurğulayır. Təxminən elə həmin vaxtda Əsədin qohumları Moskvada dəbdəbəli daşınmaz əmlak almağa başladılar. Buraya “Moskva-Siti” ərazisindəki yaşayış komplekslərində ən azı 19 mənzil daxildir.

Xatırladaq ki, 2011-ci ilin oktyabrında kollektiv Qərbin Yaxın Şərqdə “insan haqlarının müdafiəsi” pərdəsi altında həyata keçirdiyi “ərəb baharı” unqilabı çərçivəsində Liviyadakı dövlət çevrilişindən sonra həmin ölkənin qətlə yetirilmiş prezidenti Müəmmər Qəzzafinin ailəsinin əsas hissəsi Qərb ölkələrində yerləşdirilmiş 200 milyard dollar yaxın aktivlərinə həbs qoyuldu.
Həmin pulların “başını bağlayan” aparıcı Qərb dövlətləri bu varidatın Liviya xalqının sosial problemlərinin həlli üçün ölkədə hakimiyyətə gəlmiş “demokratik” hakimiyyətə ötürüləcəyini açıqladı. Amma hadisələrin sonrakı gedişatı həmin pulların aqibətinin necə olduğuna aydınlıq gətirmədi. Onların daha çox korrupsiya mexanizmlərini xatırladan üsullarla hesablardan-hesablara köçürülməsi ilə bağlı yaşanan bir neçə qalmaqal isə məhz Qərbdəki bəzi ölkələrin və yüksək vəzifəli məmurların həmin vəsaitləri mənimsədiyini dolayısı ilə təsdiqləyir.
İndi Əsəd rejiminin Qərbin növbəti “ov mövsümü” ilə üzləşən varidatının da həmin aqibəti yaşayacağı istisna deyil.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Dekabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri