WUF13: Bakı Bəyannaməsini 82 ölkədən 441 QHT nümayəndəsi imzalayıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
WUF13 çərçivəsində keçirilən QHT Forumunda qəbul olunan Bakı Bəyannaməsini 82 ölkədən 441 vətəndaş cəmiyyəti nümayəndəsi imzalayıb.
"APA-Economics" xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dünya Şəhər Forumunun tarixində ilk dəfə təşkil edilən QHT Forumunda 100-dən çox ölkədən 800-ə yaxın nümayəndə iştirak edib.
Anar Quliyev bildirib ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilə hazırlanan Açıq Dayanıqlılıq və Qlobal Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi beynəlxalq həmrəyliyin, tərəfdaşlığın və urban problemlərin həllində birgə fəaliyyətin vacibliyini bir daha vurğulayıb.
Komitə sədri qeyd edib ki, forum çərçivəsində fəaliyyət göstərən QHT Pavilyonunda 59 tədbir keçirilib və bu tədbirlərdə 3 minə yaxın yerli və xarici iştirakçı yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 May 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















