Icma.az
close
up
RU
WUF13 də əsas diqqət qlobal mənzil böhranına yönəldiləcək BRİFİNQ

WUF13 də əsas diqqət qlobal mənzil böhranına yönəldiləcək BRİFİNQ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülmüş işlərə dair media brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinq iştirakçılarına sessiyaya hazırlıq prosesi çərçivəsində həyata keçirilən işlərə dair ən son məlumatlar, WUF13 saytı və mərkəzləşdirilmiş rezervasiya platforması təqdim olunub.

Media brifinqdə WUF13-ün Milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva çıxış edərək bildirib ki, 13-cü Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi və 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması vahid strateji yanaşmanın tərkib hissəsidir. Bu təşəbbüslər ölkənin şəhərsalma sahəsində prioritetlərini beynəlxalq platformada nümayiş etdirmək, regiona qlobal diqqəti artırmaq, həmçinin müzakirələri real və davamlı nəticələrə əldə etmək baxımından mühüm və unikal imkan yaradır. O vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Bakıda mənzil və şəhərsalma məsələlərinin ən yüksək siyasi səviyyədə müzakirəsinin təşkili bu sahənin qlobal gündəlikdə prioritet mövqe tutmasına və qərar qəbuletmə prosesində daha sistemli yanaşmanın formalaşmasına mühüm töhfə verəcək. Qeyd olunub ki, WUF13 sadəcə bəyannamələr platforması deyil, mənzil təminatı və şəhər dayanıqlılığı sahəsində icra, tərəfdaşlıq və konkret addımlara yönəlmiş bir forum olacaq.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna toxunaraq bildirib ki, tədbir çərçivəsində əsas diqqət təxminən 3 milyard nəfəri əhatə edən qlobal mənzil böhranına yönəldiləcək.

O, 2026-cı ilin qlobal şəhərsalma gündəliyi baxımından xüsusi əhəmiyyətini də qeyd edib: “Bu il Ümumdünya Şəhərsalma Forumu sadəcə bir konfrans olmayacaq. Biz Yeni Şəhərsalma Gündəliyinin 10 illiyini qeyd etməklə yanaşı, DİM11-in dayanıqlı şəhərlər və icmalar üzrə irəliləyişini də nəzərdən keçirəcəyik. Bu, həyata keçirdiyimiz işlərin cari vəziyyətini qiymətləndirmək və gedişatı sürətləndirmək üçün imkan yaradacaq”.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın WUF13 kimi qlobal tədbirlərin təşkilatçılığı üzrə geniş işgüzar turizm təcrübəsinə malik olduğunu, turizm sənayesinin, o cümlədən hotellərin qonaqları qarşılamağa hazır olduğunu bildirib. O qeyd edib ki, yerləşmə vasitələrində xidmət keyfiyyətinin artırılması üzrə, eləcə də yerləşmə vasitələrindəki və müstəqil fəaliyyət göstərən iaşə obyektləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Kənan Quluzadə, həmçinin WUF13 çərçivəsində agentlik tərəfindən “İrs məskənlərinin icmayönümlü turizm vasitəsilə transformasiyası” mövzusunda panel sessiyanın təşkili və sərgi zonasında milli turizm stendinin qurulması haqqında məlumat verib.

WUF13 tədbirinə hazırlıq çərçivəsində aparılan əsas əməliyyatları, eləcə də rəsmi məkan olan Bakı Olimpiya Stadionunda həyata keçirilən tikinti və quraşdırma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Media brifinqində rəsmi www.wuf13.az saytı təqdim edilib. Azərbaycan və ingilis dillərində hazırlanmış sayt 2026-cı ilin may ayında Bakıda keçiriləcək qlobal tədbirə qatılmaq istəyənlər üçün əsas bələdçi funksiyasını yerinə yetirəcək.

Sayt istifadəçilərə WUF13 tədbiri, viza prosedurları, yerləşmə və nəqliyyatla bağlı vacib logistika məlumatlarını əldə etmək imkanı yaradır, eyni zamanda, Azərbaycanın zəngin mədəni irsini və şəhərsalma tarixini təqdim edən interaktiv rəqəmsal resurs rolunu oynayır. Ziyarətçilər “Tarixi izimiz” (Our Urban Trace) bölməsində ölkəmizin şəhərsalma tarixi ilə tanış ola, “Azərbaycan xəzinələri” (Treasures of Azerbaijan) bölməsində isə Azərbaycanın memarlığı, milli mətbəxi və təbiəti haqqında ətraflı məlumat əldə edə bilərlər.

Məlumat verilib ki, internet səhifəsi istifadənin əlçatanlığı üçün inklüzivlik standartlarına əsaslanaraq həm ümumi, həm də fiziki məhdudiyyətli istifadəçilərimiz üçün xüsusi əlçatanlıq funksiyalarını özündə birləşdirir. Brifinq zamanı ölkəyə səfər edəcək tədbir iştirakçıları üçün müxtəlif qonaqlama imkanlarını təqdim edən WUF13-ün rəsmi mərkəzi rezervasiya platforması - https://accommodation.wuf13.az/ nümayiş olunub.

Platforma iştirakçılara əlavə xərc tələb etmədən səfərlərini asanlıqla planlaşdırmaq imkanı yaradır. Burada sabit qonaqlama qiymətləri, hava limanından qarşılama və yolasalma xidmətləri, eləcə də gündəlik transferlərin təşkili təmin olunur. Mərkəzi rezervasiya platforması 1 ulduzlu hotellərdən 5 ulduzlu hotellərə və kirayə mənzillərə qədər hər büdcəyə uyğun geniş seçimlər təqdim edir. Hazırda platformada 60-dan çox hotel və qonaqlama məkanları mövcuddur.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası ilə bağlı ətraflı məlumatı www.wuf13.az veb-səhifəsindən almaq olar. Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda mayın 17–22-də Bakıda keçiriləcək. Bu tədbir vasitəsilə iştirakçılar bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri