Icma.az
close
up
RU
WUF13 də mənzil və binaların karbonsuzlaşdırılması məsələsi müzakirə olunub

WUF13 də mənzil və binaların karbonsuzlaşdırılması məsələsi müzakirə olunub

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər-sənaye-iqlim qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbir keçirilib.

Moderator.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda fəaliyyət göstərən Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası Şöbəsinin rəhbəri Rikkardo Savilyano və digər qonaqlar iştirak ediblər.

Tədbirdə karbon emissiyalarının azaldılması, ekoloji cəhətdən uyğun şəhərlərin salınması, dekarbonizasiyaya töhfə vermək, bunun vasitəsilə dayanıqlı qlobal şəhərsalma layihələrini təkmilləşdirmək istiqamətində həyata keçirilən layihələr haqqında danışılıb.

Bildirilib ki, tikinti sektoru qlobal karbon emissiyalarının təxminən 37 %-ni əhatə edir. Qeyd edilib ki, binaların ilkin mərhələsindəki addımlar onların dekarbonizasiyasına töhfə verir.

Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva Azərbaycanda ekoloji cəhətdən uyğun şəhərsalmadan, Azərbaycanın azad edilmiş ərazilərdəki yenidənqurma işlərindən və ölkədə "yaşıl enerji"yə keçidə verilən töhfədən danışıb.

O, həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına şərait yaradır.

BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası Şöbəsinin rəhbəri Rikkardo Savilyano tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib. O deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası birliyi ilə əməkdaşlıq, hazırda Ümumdünya Şəhərsalma Forumu, COP29 çərçivəsindəki fəaliyyətlər və UN-Habitat (BMT-nin İnsan Məskənləri Proqramı) ilə əməkdaşlıq - bütün bunlar Azərbaycan hökumətinin bu işə sadiqliyinin göstəricisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 May 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri