Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

WUF13 və Azərbaycanın elmi potensialı

WUF13 və Azərbaycanın elmi potensialı

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 may, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) təkcə memarlıq və infrastruktur mövzularının müzakirə edildiyi platforma deyil. WUF13 həm də ölkəmizin elm və təhsil ekosistemi üçün mühüm çağırış formalaşdırır. Müasir dünyada dayanıqlı şəhərlərin salınması, yaşıl enerjiyə keçid və ağıllı texnologiyaların tətbiqi insan kapitalının inkişafı və elmi innovasiyalarla ölçülür. Bu baxımdan WUF13 çərçivəsində irəli sürülən qlobal hədəflər Azərbaycanın ali və orta təhsil müəssisələrinin qarşısına yeni vəzifələr qoyur.

AZƏRTAC xəbər verir ki, şəhərlərin rəqəmsallaşması və ekoloji transformasiyası mühəndislik və memarlıq təhsilində yenilikləri şərtləndirir.

Müasir şəhərsalma və universitetlərin rolu

Bu gün dayanıqlı şəhər idarəçiliyi formalaşdırmaq üçün yalnız binaların layihələndirilməsini bilən mütəxəssislər kifayət etmir. Eyni zamanda, rəqəmsal məlumat bazalarını idarə edən, süni intellektəsaslı nəqliyyat sistemlərini quran və bərpaolunan enerji mənbələrini idarə edən yeni nəsil kadrlar tələb olunur. Bu çağırışlara cavab olaraq müxtəlif sahələri uzlaşdıran tədris proqramlarına keçid tendensiyası güclənir. Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) kimi aparıcı təhsil ocaqları tədris proqramlarının müasir dövrün tələblərinə cavab verməsinə önəm verirlər. Klassik tədris metodlarının müasir şəhərsalma modelləri ilə əvəzlənməsi, tələbələrin təhsil aldıqları dövrdə real şəhər problemlərinə elmi həllər tapması WUF13-ün Azərbaycan təhsilinə gətirəcəyi ən böyük innovativ təkanlardan biridir.

Artıq universitetlərin rolu sadəcə diplom verən müəssisələr olmaq çərçivəsindən çıxıb. Müasir şəhərsalma prosesində “ağıllı şəhər” və yaşıl enerji konsepsiyaları strateji əhəmiyyət kəsb edir. Ali təhsil müəssisələri öz infrastrukturu daxilində tullantıların idarə olunmasında, rəqəmsal xidmətlərin tətbiq edilməsində praktiki sınaq mərkəzlərinə çevrilir. Eyni zamanda, paytaxt Bakının urbanizasiya yükünü azaltmaq baxımından böyük kampusların şəhər mərkəzindən kənara köçürülməsi və ya müstəqil tələbə şəhərciklərinin yaradılması ideyası daha çox aktuallıq qazanır. Bu cür yanaşma həm də şəhərin nəqliyyat və sosial infrastrukturunun balanslaşdırılmasına birbaşa xidmət edir.

Azad edilmiş ərazilərin elmi əsaslarla yenidən qurulması

WUF13 platformasında Azərbaycanın dünyaya təqdim edəcəyi unikal təcrübələrdən biri, şübhəsiz ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən “ağıllı şəhər” və ağıllı kənd” layihələridir. Ağdam, Füzuli və Zəngilanda sıfırdan qurulan müasir məktəblər və təhsil mərkəzləri enerji səmərəliliyi, ekoloji təmizlik və rəqəmsal tədris imkanları ilə gələcəyin təhsil infrastrukturunun canlı nümunələridir. Yerli alimlərimizin və gənc tədqiqatçılarımızın bu regionların yenidən qurulmasında iştirakı, oradakı coğrafi, ekoloji və demoqrafik məlumatların elmi təhlili yerli mütəxəssislərimizin dünya standartları səviyyəsində iş ortaya qoya bildiyini sübut edir. Bu təcrübə, Azərbaycan elminin praktiki tətbiq sahəsində qazandığı ən böyük uğurlardan biri kimi qlobal arenada nümayiş etdirilə bilər.

Müasir urbanistika elmi sübut edir ki, bir şəhərin planlaşdırılması birbaşa orada yaşayan uşaqların və gənclərin intellektual inkişafına, təhsilə əlçatanlığına təsir göstərir. Təhlükəsiz piyada və velosiped yollarının olması, məktəblərin yaşayış zonalarına yaxınlığı, yaşıl parkların və elmi-mədəni mərkəzlərin şəhər mühitində düzgün paylanması ekoloji cəhətdən sağlam və yaradıcı düşünən nəslin yetişməsini sürətləndirir. Fürsətdən səmərəli istifadə olunarsa, Bakıdakı bu qlobal forum Azərbaycan təhsilinə töhfə verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see264

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see257

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see253

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see251

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see246

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see239

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see235

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see231

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see222

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see213

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see207

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see202

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see199

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see197

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see197

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see194

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see193

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see186

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri