Xabi Alonso qərarını verdi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, "Real" Xabi Alonsonu komandaya baş məşqçi təyin etməyə yaxındır.
QOL.az xəbər verir ki, bu təyinatla bağlı yeni detallar ortaya çıxıb.
Bu barədə "Relevo" məlumat yayıb.
İspaniyalı mütəxəssis qarşıdan gələn klublararası dünya çempionatında “kral klubu”na rəhbərlik etmək istəmir. O, hələlik komanda haqda ətraflı məlumat toplamaq, növbəti mövsümdən işə başlamaq niyyətindədir.
Bildirilir ki, Madrid təmsilçisinə müvəqqəti olaraq Santyaqo Solari (“Real”ın direktoru ) rəhbərlik edəcək.
Qeyd edək ki, uzun müddətdir "Real"ın baş məşqçisi Karlo Ançelottini vəzifəsindən göndərəcəyi haqda xəbərlər yayılıb. Mütəxəssis özü də komandadan ayrılaraq Braziliya millisini çalışdırmaq niyyətindədir.
Baxış sayı:103
Bu xəbər 29 Aprel 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















