Xaçaturyan İtaliya səfiri ilə sülhdən danışdı
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan diplomatik fəaliyyətini başa vuran İtaliya səfiri Alfonso Di Ritsonu qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Ermənistan və İtaliya arasında sıx əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə edilib.
Eyni zamanda regional vəziyyətə və Cənubi Qafqazda baş verən hadisələrə də toxunulub.
Xaçaturyan qonşularla mehriban qonşuluq münasibətlərinin qurulması və regionda sabit sülhün bərqərar olması istiqamətində addımlar atmağın vacibliyinə toxunub.
Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasında Aİ-nin mülki müşahidə missiyasının rolu barədə də fikir mübadiləsi aparılıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Dekabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















