Icma.az
close
up
RU
Xaçmada fındıq yığımına başlanılıb REPORTAJ

Xaçmada fındıq yığımına başlanılıb REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz, 12 avqust, AZƏRTAC

Xaçmazın fındıq bağlarda məhsuldarlıq ötən illə müqayisədə 20-30 faiz azdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən fındığın toplanmasına başlayıblar.

Hazırda məhsul yığımının qızğın çağıdır. Bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir.

Ağacdan yığılan fındığın bir kiloqramı qabığlı şəkildə 1,6-1,8 manata, qabığından açılmış vəziyyətdə isə 3 manata satılır. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Ötən il məhsulun bir kiloqramı 8 manata kimi bahalaşmıdı. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

Fındıq bağının sahibi Erkan İsmayılov bildirir ki, yığım hələ bir ay da davam edəcək.

“Bir neçə gündür məhsul yığımına başlamışıq. Bu il məhsuldarlıq nisbətən zəifdir, ötən illə müqayisədə təxminən 20-30 faiz azdır. Biz məhsulu özümüz toplayırıq. Bağı böyük olanlar yığıma günəmuzd işçilər cəlb edirlər. Fındığın bir kiloqramını 50-60 qəpiyə yığırlar. Məhsul vaxtında toplanmasa, ağacların dibinə tökülür, itki çoxalır. Biz məhsulu toplayıb, anbarda saxlayırıq. Payız-qış aylarında qiymət daha sərfəli olur”, - deyə E.İsmayılov vurğulayıb.

Yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatlardan istifadə olunur. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir.

Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindəndir. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayondakı fındıq bağlarının ümumi sahəsi 11 min hektara yaxındır. Bu bağların 492 hektarı intensiv üsulla becərilir. Təsərrüfatçılar hər mövsüm rayon bağlarından 8-9 min ton məhsul əldə edirlər.

Müxbir- Elxan Yusifli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri