“Xaçmaz KOB evi”nin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Sahibkarlar KOB evinin Xudatdakı xidmət mərkəzinə daha çox ixracla bağlı xidmətlər üçün müraciət edirlər. “Xaçmaz KOB evi”nin Xudat şəhərində yerləşən “Food City” Aqroparkındakı xidmət mərkəzi tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında sahibkarlara 39 minə yaxın xidmət göstərilib.
XQ KOBİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən mənşə və ixrac sertifikatlarının alınması, gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s. xidmətlər üçün müraciət ediblər. Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən çox xidmət göstərilir. Belə ki, burada sahibkarlara İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər təqdim edilir. Gələcəkdə sahibkarların ehtiyacına uyğun olaraq, mərkəzdə digər dövlət və özəl qurumların xidmətlərinin təqdim olunması da nəzərdə tutulur.
Sahibkarlara idxal-ixrac əməliyyatları il bağlı zəruri xidmətlərin vahid məkanda göstərilməsi onların vaxtına və xərclərinə qənaət etməsinə, bizneslə bağlı məsələlərin daha asan, operativ və fasiləsiz həllinə imkan verir.
Müşfiq MİRZƏ
XQ
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:44
Baxış sayı:44 Bu xəbər 15 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















