Xaçmaz məktəbi uçma təhlükəsi ilə ÜZ ÜZƏDİR 80 illik bina nə vaxt YENİLƏNƏCƏK? VİDEO
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xaçmaz rayonunun Qobuqırağı kəndində yerləşən Rövşən İsrafilov adına tam orta məktəb uzun illərdir qəzalı vəziyyətdə fəaliyyət göstərir. 1941-ci ildə inşa edilən binanın 1988-ci ildə taxta konstruksiyaları yeniləri ilə əvəz olunsa da, vəziyyət hələ də kritikdir.
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, Vətən müharibəsi qazisi Aydın Fətiyev bildirib ki, hər an faciə baş verə bilər. Ötən aylarda bir sinif otağının döşəməsi çökdü, bir neçə şagird yüngül xəsarət aldı. Bu günlərdə isə güclü külək səbəbindən dam örtüyü zədələndi. Bir sözlə məktəb binası hər an uçma təhlükəsi ilə üz-üzə qalıb.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Dekabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















