Icma.az
close
up
RU
Xaçmazda əmək yarmarkası: 137 boş iş yeri, 3000 manatadək əməkhaqqı

Xaçmazda əmək yarmarkası: 137 boş iş yeri, 3000 manatadək əməkhaqqı

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xaçmaz, 12 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Xaçmaz şəhərində təşkil olunan əmək yarmarkasında 16 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 137 boş iş yeri təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işaxtaranlara təklif edilən əməkhaqqı 400-3000 manat aralığında olub. İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, istehsal, ticarət, bankçılıq və kənd təsərrüfatı sahələri əhatə edib. Yarmarkada turizm sahəsi üzrə 1, istehsal üzrə 2, satışı üzrə 6, bankçılıq üzrə 2 və aqrar sahə üzrə 4 işəgötürən iştirak edib.

Təklif edilən iş yerlərinin 31-i ali və orta ixtisas tələb edən vakansiyalardır. Yarmarkaya çıxarılan vakansiyaların 1-i icraçı direktor, 1-i satış meneceri, 1-i elektrik mühəndisi, 1-i maliyyə nəzarətçisi, 13-ü traktorçu, sürücü və mexanizator, 16-sı bağban, 22-si fəhlə, 18-i satıcı-kassir, satıcı və satış məsləhətçisi, 5-i kredit məsləhətçisi, 1-müştəri xidmətləri üzrə mütəxəssis, 1-i zootexnik, 3-ü çörəkçi və şirniyyatçı və sair peşələr üzrə olub.

İşəgötürənlərin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.

Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil edilərək, işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 700-dən çox vətəndaşla iş aparılıb. Dəvət edilmiş şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıblar. Tədbir zamanı 255 nəfər vətəndaşın müraciəti qeydə alınıb.

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri