Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi İDDİA VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xaçmazda mağaza sahibi alış-veriş edən qadının satıcını çaşdıraraq mağazadan pul və məhsulla çıxıb getdiyini iddia edir. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər Oxu.az-ın qaynar xəttinə daxil olub. Mağaza sahibinin sözlərinə görə, hadisə təxminən üç gün əvvəl Xaçmaz şəhəri, Bakı prospektində baş verib. İddiaya əsasən, qadın əvvəlcə satıcıya 100 manatlıq əsginas təqdim edib. Daha sonra pulun xırdası olduğunu deyərək vəsaiti geri alıb və 96 manat istəyib. Nəticədə satıcının fikri yayınıb. Beləliklə, mağaza sahibi qadının həm məhsulu, həm təqdim etdiyi 100 manatı, həm də əlavə 96 manat aldığını qeyd edib. O, həmin şəxsin müəyyən edilərək tapılmasına kömək göstərilməsini xahiş edib. Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 27 İyul 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















