Toy karvanında “BMW” ilə “drift şou”su göstərən sürücü VƏSİQƏSİZ QALDI + HƏBS OLUNDU VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncə şəhərində yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq edərək ictimai qaydanı nümayişkaranə şəkildə pozan, yol hərəkəti iştirakçılarına real təhlükə yaradan “BMW” markalı avtomobilin sürücüsü - M.Məmmədov saxlanılıb. Məhkəmənin qərarı ilə o, bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati qaydada həbs olunub.
Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri zamanı qanunla qadağan olunmuş səs və işıq cihazlarından istifadə edən, görməni məhdudlaşdıran vasitələr quraşdıran, dövlət qeydiyyat nişanı olmayan və digər qayda pozuntularına yol verən sürücülər də müəyyən olunublar. Onların barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, profilaktik tədbirlər davam etdirilir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















