Icma.az
close
up
RU
Xalasının əri tərəfindən təcavüz olunan qız evdən qaçdı: Arxamca düşdü... Şok

Xalasının əri tərəfindən təcavüz olunan qız evdən qaçdı: Arxamca düşdü... Şok

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Şəmkir rayonunda 1984-cü il təvəllüdlü Bəhruz baldızının yetkinlik yaşına çatmayan qızı Bahara (adlar şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 30 sentyabr 2023-cü ildə baş verib. Bəhruz həmin gün, gecə saat 2 radələrində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə yaşadığı evdə yetkinlik yaşına çatmayan baldızı qızı Baharın otaqda tək olduğunu görüb.

Yatmış vəziyyətdə olan Baharın köməksizliyindən istifadə edib, onun əynində olan paltarlarını soyundurub. Çılpaq formada özünü yetkinlik yaşına çatmayan qıza nümayiş etdirib. Daha sonra onun belindən və sinə nahiyəsindən öpüb.

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində fərdi yaşayış evində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olur:

“Şəmkir şəhər sakini Mahirə ilə 2013-cü ildə ailə həyatı qurmuşam. Bizim evliliyimizdən 2 övladımız dünyaya gəlib. Mahirə 2023-cü ilin yanvar ayından 2-ci uşağa hamilə qaldı, baldızım Tünzalədən xahiş etdim ki, həftənin sonlarında dərs olmadığı günlərdə qızları Bahar və Xanım gəlib arvadıma ev işlərində köməklik etsinlər. Baldızım dediklərimlə razılaşdı. Arvadımın doğuşu yaxınlaşdıqca Bahar həftədə 3 gün gəlib ev işlərinə kömək etdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 29-da saat 22 radələridə arvadı Mahirə bacısı Tünzaləyə zəng edib, evdə pərdələri yuyacağını bildirib, qızı Baharın gəlib uşağa baxmasını xahiş edib: “Tünzalə qızı Baharı və oğlu Elçini yaşadığımız evə göndərdi. Mən özüm Baharı və Elçinin avtomobilimlə yaşadıqları Şəmkir rayonunun kənindən götürərək öz evimizə gətirdim.

Biz evə çatdıqda hamama girib çimdim. Sonra yemək yedik, televizora baxan zaman təxminən saat 2 radələrində Baharın yatdığı otaqdan səs eşitdim. Onun otağına keçdikdə mobil telefonla kiminləsə danışdığını gördüm. Bundan əsəbləşərək öz istifadəmdə olan, ona verdiyim mobil telefonu alıb yerə çırpdım. Ona bu yaşda kiminləsə mobil telefonda danışmasının yanlış olduğunu izah etdim. Sonra öz otağıma keçərək yatdım”.

Bəhruz bildirib ki, sabahısı gün saat 18 radələrində arvadı Mahirə ona zəng edib və bildirib ki, bacısı qızı Bahar zibil atmaq adı ilə evdən çıxıb, bir daha qayıtmayıb:

“Mən bundan narahat oldum, Şəmkir avtovağzalına gedərək Baharı axtarmağa başladım. Vağzalda tapa bilmədikdə Şəmkir şəhərində parka getdim. Təxminən 100 metr məsafədən Baharı gördüm. Onu çağırdıqda qaçmağa başladı. Mən də arxasınca düşdüm. Lakin qızı tapa bilmədim.

Təxminən 10 dəqiqə parkda axtardıqdan sonra süni gölün yanına getdim. Orada polis əməkdaşları Baharın göldən çıxarıldığını bildirdilər. Birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəldik.

Baharın mənə belə bir böhtan atmağının səbəbi gecə vaxtı mobil telefonla danışmasını onun valideynlərinə deyəcəyimi bildirməyim olub. O da qorxaraq belə bir yola əl atıb. Bahara həmişə öz övladım kimi yanaşmışam, ona qarşı heç bir seksual xaraketerli hərəkətlər etməmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, təqsirləndirilən Bəhruz xalası Mahirənin əridir: “Xalam Mahirə hamilə olduğu üçün Bəhruz anamdan xahiş etdi ki, həftənin sonlarında dərs olmadığı günlərdə xalamın yaşadığı evə gedərək ona kömək edək. Xalamın doğuşu yaxınlışdıqca mən həftədə 3 gün xalama ev işlərində köməklik etmişəm. Həmçinin müəyyən vaxtlarda bacım da mənimlə gedib”.

Zərərçəkmiş qeyd edib ki, sentyabrın 30-da təxminən gecə saat 1 radələrində sinif yoldaşları ilə danışan zaman Bəhruz onun telefonda onlayn olduğunu görüb və ona zəng edib: “Mən Bəhruzun zənginə cavab vermədiyim üçün otağıma gələrək telefona baxdı, kiminlə danışdığımı soruşdu. Mən sinif yoldaşlarımla danışdığımı bildirdim, Bəhruz məni qorxudaraq “atana deyəcəm, oğlanlarla danışır” deyib telefonu əlimdən adı, telefonu qırdı. Atamdan qoruxduğum üçün səhərə yaxın evdən qaçdım.

Şəmkir şəhərində yerləşən parka gələrək saat 6 radələrinə qədər orada qaldım. Bəhruzun ora gəldiyini görəndə qorxdum və orada olan süni gölə yıxıldım. Sonra da Bəhruzun atama oğlanla danışdığımı deyəcəyindən qoruxduğum üçün ona şər ataraq mənə qarşı əxlaqsız hərəkətlər etdiyini bildirdim”.

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, hadisədən əvvəlki gün, saat 22 radələridə xalası Mahirə anasına zəng edib və evdə pərdələri yuyacağını bildirib:

“Mənim onlarda qalıb uşağa baxmağa köməklik etməyimi xahiş etdi. Anam məni qardaşımla onların yaşadığı evə göndərdi. Bəhruz özü qardaşımla məni götürərək öz evlərinə apardı. Yolda qardaşım üçün dönər aldı, mən isə istəmədim. Bundan sonra evə getdik. Mən gecə onlarda ayran içdim. Ayran içdikdən sonra yuxum gəldi, yatdım”.

Baharın sözlərinə görə, təxminən gecə saat 2 radələrində yatarkən Bəhruz onun paltarını çəkib və sinə nahiyəsini əlləri ilə sıxıb, intim yerlərini ona nümayiş etdirib: “Sinəmi sıxdıqdan sonra belimdən öpdü. Onu üzərimdən kənara itələyərək qardaşımı yuxudan durğuzmaq istədim. Lakin qardaşım ayılmadı. Xalamı durğuzmaq istəsəm də, xalam da yuxudan ayılmadı. Bəhruz həyətə çıxdı.

Mən öz otağımda ağladıqdan təxminən 20 dəqiqə sonra Bəhruz zəng edərək mənimlə “whatsapp” proqramında görüntülü danışdı, sinəmi göstərməyimi istədi. O, hər dəfə “whatsapp” proqramında görünütülü yığsa da, zənglərini rədd etdim”.

Zərərçəkmiş bildirib ki, daha sonra dostu İlqar adlı şəxslə danışmağa başlayıb: “Mən İlqarla “SNAPCAT” adlı sosial şəbəkədə tanış olmuşam. Sonradan dost kimi “whatsapp” proqramında əlaqə saxlamışıq.

İlqarla mobil telefon vasitəsi ilə danişarkən Bəhruz yenidən yataq otağıma daxil oldu. İlqarla danışdığımı görərək mobil telefonumu qırdı, sonra otaqdan çıxaraq getdi.

Onlar yatdıqdan sonra evdən qaçıb uzaqlaşmaq istəsəm də, gecə olduğu üçün qorxdum, fikrimdən daşındım. Başıma gələnlərə görə özümü öldürmək qərarına gəldim. Xalamgilin yaşadığı evdə çox adam olduğu üçün saat 18 radələrində evə gəlmədim.

Bəhruzun mənə etdiyi seksual xarakterli hərəkətlərdən sarsıldığım üçün evdən qaçdım və Şəmkir şəhərində yerləşən parka gəldim. Orada özümü süni gölə atmaq qərarına gəldim. Sonra fikrimdən daşındım, amma gölün yanında ayağım büdrədiyi üçün suya yıxıldım. Təxminən 2-3 dəqiqə sonra orada olan şəxslər məni sudan çıxardılar. Ərazidə xidmət aparan polis əməkdaşları həmin yerə gəldilər.

Bir qədər sonra Bəhruz da arxamca həmin yerə gəldi. Polis əməkdaşları Bəhruzdan qabaq hadisə yerinə gəlmişdi. Mən onun etdiklərini polislərə danışdım. Bəhruza qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 1 il 5 ay 28 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbsə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see273

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri