Xalçadakı ləkələri anında yox edən ucuz üsul
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalçadakı çətin ləkələri təmizləmək üçün bahalı vasitələrə pul xərcləməyə ehtiyac yoxdur. Sadə və demək olar ki, hər evdə tapılan təraş köpüyünün bir çox ləkəni qısa müddətdə aradan qaldırdığı bildirilir.
Sosial şəbəkələrdə geniş yayılan bu üsul xüsusilə xalça və döşəklərdəki su əsaslı ləkələrə qarşı effektiv hesab edilir. Təmizlik üzrə mütəxəssislər bildirirlər ki, vaxtında müdaxilə edildikdə ləkələrin qalıcı olmasının qarşısını almaq mümkündür.
Təmizlik eksperti Linsi Krombinin sözlərinə görə, ağ rəngli təraş köpüyü köpük formasına görə parçanın dərinliyinə nüfuz edir, kir və yağ hissəciklərini yumşaldaraq təmizlənməni asanlaşdırır. O qeyd edib ki, bu üsul süd, qazlı içki, sous, palçıq, dondurma və müxtəlif qida ləkələrində daha yaxşı nəticə verir.
Ləkəni təmizləmək üçün əvvəlcə problemli hissəyə ağ təraş köpüyü çəkilir. Daha sonra ilıq su ilə azca nəmləndirilmiş yumşaq bez və ya fırça ilə həmin sahə yüngül şəkildə silinir. Köpük təxminən 10 dəqiqə saxlanıldıqdan sonra təmizlənir və quru ağ bezlə nəmlik çəkilir. Sonda isə xalçanın təbii şəkildə quruması gözlənilir.
Mütəxəssislər rəngli təraş köpüklərindən istifadə etməməyi tövsiyə edir. Bildirilir ki, rəngli məhsullar xalçada əlavə iz buraxa bilər. Həmçinin üsulu tətbiq etməzdən əvvəl xalçanın görünməyən kiçik hissəsində sınaq aparılması məsləhət görülür.
Aytən
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Sosial şəbəkələrdə geniş yayılan bu üsul xüsusilə xalça və döşəklərdəki su əsaslı ləkələrə qarşı effektiv hesab edilir. Təmizlik üzrə mütəxəssislər bildirirlər ki, vaxtında müdaxilə edildikdə ləkələrin qalıcı olmasının qarşısını almaq mümkündür.
Təmizlik eksperti Linsi Krombinin sözlərinə görə, ağ rəngli təraş köpüyü köpük formasına görə parçanın dərinliyinə nüfuz edir, kir və yağ hissəciklərini yumşaldaraq təmizlənməni asanlaşdırır. O qeyd edib ki, bu üsul süd, qazlı içki, sous, palçıq, dondurma və müxtəlif qida ləkələrində daha yaxşı nəticə verir.
Ləkəni təmizləmək üçün əvvəlcə problemli hissəyə ağ təraş köpüyü çəkilir. Daha sonra ilıq su ilə azca nəmləndirilmiş yumşaq bez və ya fırça ilə həmin sahə yüngül şəkildə silinir. Köpük təxminən 10 dəqiqə saxlanıldıqdan sonra təmizlənir və quru ağ bezlə nəmlik çəkilir. Sonda isə xalçanın təbii şəkildə quruması gözlənilir.
Mütəxəssislər rəngli təraş köpüklərindən istifadə etməməyi tövsiyə edir. Bildirilir ki, rəngli məhsullar xalçada əlavə iz buraxa bilər. Həmçinin üsulu tətbiq etməzdən əvvəl xalçanın görünməyən kiçik hissəsində sınaq aparılması məsləhət görülür.
Aytən
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Şüşədəki ləkələri anında yox edən qarışım
30 Aprel 2026 18:03
Xalçadakı çay ləkələrini yox edir 1 yumurta kifayətdir
11 Aprel 2025 08:41
Qırmızı xalçadakı geyiminə cır cındır dedilər
02 Dekabr 2025 21:44
Xalçadakı ləkələrdən qurtulmaq artıq çox asandır
08 May 2026 21:53
Döşəmədəki ləkələri yox edən sadə üsul Vedrəyə 3 qaşıq əlavə edin
03 İyun 2026 09:35
Baxış sayı:131
Bu xəbər 11 May 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















