Icma.az
close
up
RU
Xalisa faciəsinin canlı şahidi: Ədalətin gectez bərpa olunacağına inanıram AZƏRTAC

Xalisa faciəsinin canlı şahidi: Ədalətin gectez bərpa olunacağına inanıram AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə, 11 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

1988-ci ildə ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə, deportasiya zamanı əhalisi zorakılığa, zülmə məruz qalan yaşayış məntəqələrindən biri də Xalisa kəndi olub. Kənddə dədə-babalarından miras qalan doğma yurdlarını tərk etmək istəməyən insanlara divan tutulub, torpaqlarından, ev-eşiklərindən zorla məhrum ediliblər. O ağır zamanların canlı şahidlərindən biri də 1967-ci ildə Xalisada dünyaya göz açan Nazim Cahangirovdur.

Qərbi azərbaycanlı, Birinci Qarabağ müharibəsinin əlili AZƏRTAC-ın bölgə müxbirinə Ermənistanın tarixi torpaqlarımızda etnik təmizləmə siyasətindən sadəcə bir epizod olan Xalisa faciəsindən, onaqədərki dövrdə yurdunda keçirdiyi illərdən söz açıb. Deyir ki, 36 ildir Xalisa əsl sahiblərindən, azərbaycanlılardan ayrı salınıb. “Vedibasar mahalının digər kəndləri kimi Xalisa da qədim oğuz türklərinin yurd-yuva saldığı ərazi olub. Şidli, Avşar, Dəvəli kəndləri ilə həmsərhəd kəndimizdə ötən əsrin 80-ci illərin sonlarında 600-ə yaxın evdən sadəcə 35-də ermənilər yaşayırdı. Onlar da Livandan, Suriyadan və digər ölkələrdən məqsədli şəkildə gətirilənlər idi”, - deyə Nazim Cahangirov bildirir.

Onun sözlərinə görə, kənddə məktəb binası, mədəniyyət evi, tibb məntəqəsi, hamam, məscid, poçt, rabitə evi, mağazalar, istirahət parkı olub. Azərbaycanlı əhali əsasən əkinçiliklə, üzümçülüklə məşğul idi. Burada yetişdirilən üzüm sortları dadı ilə fərqlənib. 1943-cü ildə azərbaycanlar deportasiya edildikdən sonra ləğv edilən Məngük və Kolanlı kəndlərinin ərazisi xalisalıların yaylağı olub.

“Bizim iribuynuzlu heyvanlarımız, meyvə ağaclarımız, bostan sahəmiz var idi. Atamı tez itirdiyimiz üçün anam 5 övladını zəhmətlə böyüdüb. Dərslərimizi yaxşı oxumuşuq. Məktəbimizdə erməni şagirdlər ayrı siniflərdə idilər, sayları da az idi. Erməni müəllim onları danlayırdı ki, türk uşaqları oxuyur, siz isə yox. Onlar da paxıllıqdan bizi davaya təhrik edirdilər”, - deyə Nazim Cahangirov söyləyir. O, ermənilərin azərbaycanlılara qarşı dəfələrlə etnik təmizləmə həyata keçirdiyini böyüklərdən eşitsə də, özünün də deportasiyaya məruz qalacağını ağlından belə keçirmədiyi bildirir.

“Sinfimiz “Sarıbaba dağı” deyilən yerdə bayram şənliyi keçirirdi. Ermənilərin övladlarına “Türklərlə getməyin, onlar düşməndir” - deməsini öz qulaqlarımla eşitmişəm. Bizimkilər ev tikdirəndə “Qurub-yaradın, onsuz da bizə qalacaq” deyirdilər. Ötən əsrin 80-ci illərində azərbaycanlıları vəzifəyə təyin etmirdilər, işdən çıxarmaq üçün bəhanələr gətirirdilər, insanlar mənəvi və fiziki təzyiqlərə məruz qalırdı. Yenə də bu qədər irəli gedəcəklərinə inanmırdıq”, - deyən müsahibim vurğulayır ki, Xalisada azərbaycanlılar ən böyük xəyanəti elə kəndlərində yaşayan ermənilərdən gördülər. 1988-ci ilin mart ayında kəndə gələn daşnaklar əhalini təhdid ediblər, bundan sonra isə kənddə dəfələrlə soyğunçuluq hadisələri yaşanıb: “Sən demə, bizim kənddə yaşayan, çörəyimizi yeyən ermənilər daşnaklara hansı evdə pul, qızıl əşyaları olması barədə xəbər verirlərmiş. Onlar da soyğunçuluq edirdilər, zərərçəkənlərin şikayətlərinə baxan belə yox idi. Xalisada azərbaycanlıların əlindən ov tüfənglərinə kimi alınmışdı. Qış aylarında isə Şirazlıya hücum edib, vəhşiliklər törətdikdən sonra, növbəti ünvan bizim kənd oldu”.

Nazim Cahangirov kəndə hücum edən ermənilərin azərbaycanlılara qarşı vəhşiliklər törətdiyini, amansızlıq göstərdiyini dəhşətlə xatırlayır. Deyir ki, döyülən, zorakılığa məruz qalan azərbaycanlılar yenə də öz yurdlarını tərk etmək istəmirdilər: “Xalisada əli silahlı daşnaklar azərbaycanlılara hücum edirdilər. Qocaları, qadınları, uşaqları qorumaq istəyən 100-dən çox azərbaycanlıya döyərək xəsarət yetirmişdilər, əmim oğlu Əlini də ölümcül hala salmışdılar. Hamilə qadınlara da əl qaldırırdılar, Rəxşəndə müəllimənin qulağından sırğaları dartıb çıxardılar, 55 yaşlı qonşumuz Mədinə xalanı da möhkəm döydülər. İnsanları maşınlara yığıb kənddən çıxmağa məcbur edirdilər”.

Müsahibimin sözlərinə görə, müdafiəsiz, silahsız qalan azərbaycanlılar doğma kəndi, ev-eşiyi tərk edib, minbir əziyyətlə Azərbaycanın müxtəlif bölgələrinə köçməli olublar. Yaşlı nəslin nümayəndələrindən bir çoxu bu zülmə tab gətirməyib bir müddət sonra dünyasını dəyişib. “Ailəlikcə Göygöl rayonuna gəldik, Tərtərə, Bakıya gedənlər də var idi. Füzuliyə üz tutanlar isə sonradan erməni işğalı nəticəsində məcburi köçkün taleyinə də məhkum edildilər. Bu zülmə dözə bilmirdim, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsində döyüşlərə qatıldım. Xalisa faciəsi gözümün önündən getmirdi, ağır yaralanmağıma baxmayaraq, sağaldıqdan sonra yenidən döyüşə yollandım. İkinci dəfə daha ağır yaralandım”, - deyən Qərbi azərbaycanlı bildirir ki, ürəyi 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə ilə təskinlik tapıb. O, ədalətin gec-tez bərpa olunacağına, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına ləyaqətli, təhlükəsiz şəkildə qayıdışının real olacağına bütün varlığı ilə inanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri