Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Rusiya Fransa üçün əsas təhdiddir

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

“Eşref” və “Demir” eyni layihədə

Vartana faciəsinin canlı şahidi doğma yurduna qayıdacağına əmindir AZƏRTAC

Vartana faciəsinin canlı şahidi doğma yurduna qayıdacağına əmindir AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 26 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Qərbi Azərbaycanın Vartana kəndinin əzəli sahibi olan azərbaycanlılar ötən əsrdə ermənilər tərəfindən dəfələrlə etnik təmizləməyə və insanlığa sığmayan vəhşiliklərə məruz qalıblar. 1918-ci ildə yerindən-yurdundan didərgin salınan dinc əhaliyə zülm edilib, 100-dən çox insan yandırılaraq öldürülüb. 1988-ci ildə azərbaycanlılar yenə də öz ata-baba yurdlarından zorla çıxarılıblar. Buna etiraz edənlər, doğma yurdu ilə vidalaşmaq istəməyənlər işgəncələrə məruz qalaraq həyatları ilə vidalaşmalı olublar. Erməni zülmündən sağ qurtula bilənlərin ürəyinə isə yurd dağı çəkilib.

Tarixən azərbaycanlıların əsasını qoyduğu bir eldə, Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Vartana kəndində 1949-cu ildə anadan olan Məmmədhəsən Məmmədovun də tale payına torpaq nisgili, doğmasının itkisini yaşamaq, min bir əziyyətə qatlaşmaq düşüb. O, yaddaşında qalan ən acı xatirələri AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb. Məmmədhəsən müəllim sonradan özünün də şahidi olacağı erməni məkri, zülmü barədə ilk olaraq atasından eşidib: “10 uşaqlı ailədə dünyaya göz açmışam. Anam mənə və qardaşlarıma 1918-ci ildə ermənilər azərbaycanlıları deportasiyaya məruz qoyanda itkin düşən qohumlarının adlarını qoyub. O zaman atam Qəmbər Məmmədovun də 12 yaşı olub. Ailəsi ilə birgə Vartanadan çıxaraq digər türk eli olan Hallavar kəndinə sığınıb. Sonradan baba yurduna geri dönən atam deyərdi ki, bu yerlər bizim əzəli torpaqlarımızdır. 1830-cu ilə qədər orada sadəcə türk tayfaları yaşayıb”.

Müsahibimin sözlərinə görə, azərbaycanlılar kəndə sonradan köçürülən ermənilərlə birgə yaşayışa məhkum ediliblər. Maymaq dağı, Xalxallı, Qazax talası, Ocağ dərəsi, Çətin dərə yaylaları, Qarpı, Mədən çayları, Gözdəyən, Muncuqlu, Söyütlü bulağları ilə tanınan kənd vaxtilə Qazax əhalisinin yaylağ yerləri olub: “Maymaq dağının başında ilin bütün fəsillərində qar olardı, hər kəs zirvəsindəki pirə ziyarətə gələrdi. Kəndin havası təmiz, torpağı münbit idi. Bulaqların dumduru, şirin suyundan doymaq olmurdu. Əhali əsasən əkinçilik, heyvandarlıqla məşğul olurdu. Kənddə əvvəl 8 illik, sonradan yeni, 3 korpuslu 10 illik məktəb fəaliyyət göstərirdi. Tibb məntəqəsi, kitabxana, məscid, qədimi qəbir dağları olan qəbirstanlıq da var idi”.

Məmmədhəsən müəllim azərbaycanlıların zəhmətdən çəkinmədiklərini, öz adət-ənənələrinə sadiq olduqlarını da bildirir: “Bayramlarda, toylarda aşıqlar dastanlar söyləyib, bol nemətli süfrələr açılıb, dünyasının dəyişənlərin qəbirləri ziyarət edilib, insanlar bir-birinin evinə müxtəlif hədiyyələrlə gediş-gəliş edib, daha da mehribanlaşıb. Kənddə yaşlılara ehtiram, uşaqlara qayğı, möhkəm ailə bağları kimi dəyərlərə xüsusi diqqətlə yanaşılıb. “Kəndin kişiləri igid, qeyrətli, sözünün ağası ərənlər idi, at belində gəzərdilər. Atamın təhsilimizlə maraqlanmaq üçün atın belində məktəbə gəlişi hələ də xatirimdədir. Bayramlarda da atlılar yarışardılar. Qadınlarımız yaşmaqlanardılar, ismətli, abırlı, bir o qədər də qorxmaz idilər. Gülabatın nənə var idi, atın tərkində gəzəndə ermənilər ondan çəkinərdilər. Ümumiyyətlə, ermənilər bizə yaltaqlanırdılar, sonradan əsl simaları üzə çıxdı”.

O deyir ki, ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin azərbaycanlılara qarşı bəslədiyi kin-küdurət özünü daha aydın biruzə verməyə başlayıb. Təhsilli azərbaycanlılara vəzifə verilməyib, işləyənləri də bezdirməyə çalışıblar. Günahsız insanların həyatı üçün təhlükə yaradıblar. “Gözəldərə kəndində Bayram müəllim var idi, polisdə işləyirdi, ermənilər onu tapança ilə vurub öldürmüşdülər, guya öz canına qəsd edib. Süni qəzalar da törədirdilər. Bir dəfə bələkdəki oğlum qızdırmada yanırdı, onu həkimə aparmağa belə ehtiyat etdik. Bilirdik ki, öldürə bilərlər. Neçə dəfə ermənilərlə bizə “Yaxşı oğlansan, amma heyif ki, türksən” dedikləri üçün dalaşmışıq”, - deyə müsahibim bildirir.

Ermənilərin azərbaycanlılara qarşı təzyiqləri bununla yekunlaşmayıb. 1988-ci ilin qış aylarında vəziyyət lap dözülməz hal alıb. “Noyabrın 25-i evimizin pəncərəsindən içəriyə yekə daşlar atıldı. Kimə dəysəydi, ölüm halı qaçılmaz idi. Daşnaklar kəndə girib, oradan çıxmağımızı tələb edirdilər. Evləri daşlayırdılar, yanğınsöndürən maşınların siqnalları hələ də qulağımdan getmir. Çörəyimizi yeyən ermənilər də onlara qoşulmuşdular”, - deyən Məmmədhəsən Məmmədov onu da qeyd edir ki, azərbaycanlılar öz evlərini tərk etmək istəməyiblər. Vəziyyət get-gedə daha ağır hal almağa başlayıb: “Cəlal və Sadıq kişi öz ailələrini xilas etmək istəyərkən onların qarşısını kəsib getdikləri maşını əzik-əzik etmişdilər, özlərini dərədən aşağı atmışdılar. Onların harayına yetmək istəyən qardaşım oğlu Mikayılı, Mamed müəllimi möhkəm döymüşdülər, Sadıq kişinin oğlu 33 yaşlı Vaqifi tüfənglə vurub öldürmüşdülər. Mən də anamı, həyat yoldaşımı, balacası 7 aylıq olan 3 övladımı min bir zülmlə Hallavar kəndinə apardım”.

Müsahibimin sözlərinə görə, bu kənddə ancaq azərbaycanlılar yaşadığı üçün oranı daha az təhlükəli hesab edib. Kəndə çatanda orada da vəziyyətin pis olduğunu görüb. “Ermənilər yerli əhalidən evlərini tərk etmələrini istəyirdilər. Dekabrda baş verən zəlzələ yaşayışı daha dözülməz hala gətirdi. Evlərindən də olan insanlar çadırlara sığındılar. Sonda isə anamgili birtəhər Qazaxa yola salmağa macal tapdıq. Onlar da körpə uşaqla birgə dağ-dərə aşaraq, ac-susuz, zülm çəkə-çəkə canlarını qurtara bildilər”, - deyən Məmmədhəsən müəllim Vartanada daha dəhşətli hadisələrin yaşandığını qəhərlə xatırlayır. Bildirir ki, burada evlərini tərk etmək istəməyən 16 nəfərin canına vəhşiliklə qəsd edilib. “Ermənilər qardaşım Süleymandan Qarabağın onlara məxsus olduğunu söyləməsini istəmişdilər. O da bunu heç yuxularında da görə bilməyəcəklərini demişdi. Onu yandırıb öldürdülər. Mehralı İsgəndərov Sürik adlı erməniyə 5000 manat borc vermişdi. Həmin Sürik daşnaklara onun evini işarə verdi, onlar da gəlib özünü, arvadı Xanımı və oğlu Alimi amansızlıqla öldürdülər”, - deyən Qərbi azərbaycanlı erməni vəhşiliyinin ağır nəticələrini yada salır. Deyir ki, ermənilər başqalarına gözdağı vermək üçün insanlığa yaraşmayan qətliamı davam etdiriblər: “İkinci Dünya müharibəsində bir qolunu itirən Qərib Bayramovu erməni faşistləri mal-qaraya ot verərkən öldürüb yandırmışdılar. Əhməd Alıyev, Leyli Hüseynova, Qara Bayramov, Abdulla Əliyevi də vəhşicəsinə qətlə yetiriblər. Fatma Əliyevanı maşının təkərləri altına salıb əzmişdilər. Şərabanı xalanın bədənini siqateri kötüyü ilə yandırmışdılar, zorla sağ qalmışdı. Digər kənd sakinləri Qazaxa sığındılar”.

Ürəyinə dağ çəkilən vartanalılar 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə təsəlli tapıblar. “Öldürülən qardaşım Süleymanın adını daşıyan nəvəsi digər qardaşım oğlu ilə birgə Vətən müharibəsində iştirak edərək qazi oldu. Şanlı Qələbədən sonra Süleyman mənə “Əmi daha ağlama, babamın heyfini döyüş meydanında aldım” dedi. Elə bil dünyanı mənə verdilər”, - deyən Məmmədhəsən Məmmədov dədə-baba torpaqlarından qovulmuş, zülmə məruz qalmış hər bir azərbaycanlının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəklədiyini deyir. Bildirir ki, ədalətin bir gün bərpa olunacağına, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına ləyaqətli, təhlükəsiz şəkildə qayıdışına əmindir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see192

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see167

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see164

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see136

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see128

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see126

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see126

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see126

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see117

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

11 İyul 2025 07:40see113

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

11 İyul 2025 09:01see113

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri