Xalq aristi: O, dünya musiqi xəzinəsinin bir parçasına çevrilib
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
"Hazırda mən “Koroğlu” operası üzərində işləyirəm. Sentyabrın 28-də bu möhtəşəm opera təqdim olunacaq”.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Musiqi Günündə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov deyib.
O qeyd edib ki, Cüzeppe Verdi və digər dünya şöhrətli İtaliya bəstəkarlarının musiqilərinin ruhunu “Koroğlu” operasında hiss etmək mümkündür: “Bu da onu göstərir ki, Üzeyir Hacıbəylinin musiqisi artıq dünya musiqi xəzinəsinin bir parçasına çevrilib”.
Xalq artisti bildirib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas vəzifələrindən biri də bu cür əsərləri dünya opera səhnələrinə çıxarmaqdır.
“Belə dəyərli operaların beynəlxalq tamaşaçılara təqdim olunması çox vacibdir. Mədəniyyət Nazirliyi və dövlətimiz bu layihəyə dəstək verir. Bizim əsas məqsədimiz “Koroğlu” operasını dünyada tanıtmaqdır", - deyə Yusif Eyvazov əlavə edib.
Tanınmış basketbolçu haqqında sənədli film çəkilir Rusiyalı kino tənqidçisi Moldova vətəndaşlığı aldı Rumiyə Ağayeva qəzaya düşdü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















