Icma.az
close
up
RU
Xalq artisti 10 min manat maaş alacaq? Özündən açıqlama

Xalq artisti 10 min manat maaş alacaq? Özündən açıqlama

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kinostudiya tarixdir, böyük gəlir yeridir. Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi ilə bağlı Bədii Şura üzvlərinin arasında mənim də adım var. Siyahıda adımı gördüm, sevindim".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artsiti Şeyx Əbdül Mahmudbəyov Kino Agentliyinin tabeliyində yaranan Bədii Şuranın məqsəd və məramını izah edərkən deyib. 

Xalq artisti bildirib ki, həftədə iki dəfə tədbir keçirəcəkər:

"Mən bununla bağlı dəfələrlə məsələ qaldırmışdım ki, Azərbaycanın milli kino məbədgahı deyilən bir məkan var - Azərbaycan Film Kinostudiyası, onun fəaliyyətini bərpa etmək lazımdır. Ayıbdır, adam belə sənət ocağını bərbad günə qoymaz, ora bərpa olunmalıdır. Onun  bərpası üçün mən illərlədir variantlar təqdim edirəm".

Şeyx Əbül Mahmudbəyovun sözlərinə görə, kino yaradıcılığı ilə bağlı istehsal olunan bütün filmlər ARKA-da müzakirə olunmalıdır:

"Azərbaycanda kino ilə bağlı nə varsa, hamısı kinostudiyada fəaliyyət göstərməlidir ki, ocağımız yansın, tüstümüz çıxsın. Söhbət peşəkar səviyyədən çəkilən filmlərdən gedir".

Xalq artisti teleserialların ARKA-ın nəzarətində olmadığını vurğulayıb:

"İstəyirik ki, teleseriallar bizə baxmasınlar. Azərbaycanda 20-dən yuxarı kino şirkəti var. Gəlsinlər, müraciət etsinlər ki, biz də onlara kinostudiyada yer verək, orada fəaliyyət göstərsinlər. Kinostudiyada olsunlar ki, bəlkə səviyyələri də yüksələ".

Aktyor şurada fəaliyyətinə görə, nəzərdə tutulan 10 min manat maaşına da aydınlıq gətirib:

"Bu, bir ay üçün nəzərdə tutulmayıb. Biz şuraya vaxt sərf edirik, müzakirlərdə iştirak edirik. Buna görə dövlət bizə məvacib verir. 12 ayın maaşıdır".

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələri bədii və texniki qiymətləndiriləcək. Bunun üçün ARKA-ın nəzdində Bədii Şura yaradılıb. ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək. 

Bahar Rüstəmli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri