Icma.az
close
up
RU
Xalq artisti Ağadadaş Ağayevin qulağını tikən həkim danışdı SENSASİON İFADƏ

Xalq artisti Ağadadaş Ağayevin qulağını tikən həkim danışdı SENSASİON İFADƏ

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Mühafizəçi Nurəddin Cəlilov ittiham üzrə özünü təqsirli bilməyib. Ağadadaş Ağayev prosesə qatılmayıb. Onun vəkili Asim Abbasov müvəkillinin iştirak etməməsi səbəbi ilə prosesin təxirə salınmasını istəyib. Vəkil bildirib ki, Ağadadaş Ağayev səhhəti ilə bağlı prosesə qatıla bilməyib.

İclasda şahid Nəzakət Paşayeva sərbəst ifadə verib. Deyib ki, mühafizəçi Nurəddin Cəlilovu tanıyır, onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur.

Hadisə ilə bağlı məhkəməyə bunları deyib: “Həmin gün işdə idim, səs-küy gəldi. Baxdım ki, biri əlində balta gəlir. Fikir vermədim və işimin arxasınca getdim. Sonra səs-küy artdı. Ağadadaş Ağayev əlində balta gəldi. Mən baxanda şlaqbaumu keçmişdi. Mühafizəçi qapının qabağına çıxdı. Mənim əlimdə “şvabra” var idi. Bir tərəfi təmizlədikdən sonra digər tərəfə keçdim. Ayağımda zərbə hiss etdim, baltanın sapı ayağıma dəymişdi. Baltanı qıraq bir yerə qoydum ki, heç kəs götürüb hücum etməsin. Sonra mühafizəçi gəldi, burnu qanamışdı. Baltanı atanın tanınmış şəxs Ağadadaş Ağayev olduğunu görənlər onun  yanına yığışdılar. Ağadadaş Ağayev baltayla birinci dəfə gəldi, sonra qayıtdı. İkinci dəfə gələndə onu pəncərədən gördüm”.

Şahid Nəzakət Paşayeva qeyd edib ki, Ağadadaş Ağayev baltanı atandan sonra Nurəddin Cəlilov ona hücum edib:

“Mən baltanı alıb kənara qoydum ki, ikisindən biri baltanı götürər. Sonra gördüm ki, dalaşırlar, Ağadadaş yıxıldı. Ağadadaş Ağayev içəri gələndə söyüş söyürdü, deyirdi ki, hamınızı yığmışam içəri. Qorxunuzdan girmisiz içəri. Çox nalayiq söyüşlər söyürdü. İçəridə olanlarla birgə çox qorxu yaşadım”.

Digər şahid hospitalın baş tibb bacısı Nəzakət Zülfüqarlı oldu. Nəzakət Zülfüqarlı sərbəst ifadəsində bildirdi ki, hospitalda işdə olanda qışqırıq səsi eşidib:

“Xəstələr qorxusundan qışqırırdılar, onları sakitləşdirib geri göndərirdim. Ağadadaş Ağayev həyətdə çox pis söyüşlər söyürdü. Nurəddin də ona cavab verirdi. Ağadadaşla Nurəddini dalaşdığı anda gördüm. Nurəddin başını əyməsəydi, balta başına dəyəcəkdi. Nurəddinin əlində simə oxşar nəsə var idi. Amma o simlə Ağadadaşa zərər verdiyini görməmişəm. Nurəddin onun qarşısına söyüşlərə görə çıxdı”.

Digər şahid hospitalın həkimi Ceyhun Hüseynov isə bildirib ki, səhər saat 7 radələrində xəstəxanaya işə gəlib və az sonra səs-küy eşidib: “Haradasa 5 dəqiqə sonra səs-küy eşitdik. Biz ora yaxınlaşanda Ağadadaş Ağayev baltanı atdı. Onu gördüm”.

Həkim Ceyhun Hüseynov Ağadadaş Ağayevin insidentdən əvvəl xəstəxanaya gəldiyini, orada əsəbi şəkildə, yüksək səslə danışdığını da məhkəməyə bildirdi:

“Axşam radələri idi. Ağadadaş müəllim xəstəxanaya yaxınlaşdı. Sol qulağından travma almışdı. Xəstəxanaya gələndə əsəbi idi. Mənə dedi ki, məni tanıyırsan? Tanımadığımı dedim. Yüksək səslə yenə də sual etdi, dedi ki, sən məni tanımırsan? Onun dediklərinə qarşılıq vermədim. Ağrıkəsici verdik, qulağını tikdik, sonra yola saldıq getdi. İçkili olana oxşayırdı”.

Yada salaq ki, məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu deyib. Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib: “Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”.

Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməyib.

Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi  Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. İş üzrə bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.

Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb Xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermədim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb:

“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Proses 2025-ci il yanvarın 16-da davam edəcək.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see202

Tokayevdən rüsumların tətbiqi ilə bağlı Trampa CAVAB

10 İyul 2025 13:13see165

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see149

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see125

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see124

Afranı Saraçoğlunu seriala çəkmək baha başa gəldi

10 İyul 2025 13:28see123

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see122

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see122

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see121

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see119

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see118

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see117

Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanılıb Hədəfdə siyasətçilər olub

10 İyul 2025 14:12see116

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see116

Rza Cəfərovun “Dinamo”ya keçidi baş tutmadı EKSKLÜZİV

10 İyul 2025 10:02see113

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see113

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see112

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see112

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see111

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri