Xalq artisti: Nadir Qafarzadənin klipinə çəkildiyim üçün peşman deyiləm
Icma.az bildirir, Milli.az portalına istinadən.
Xalq artisti Röya Ayxan "Rəngarəng" verilişində maraqlı və səmimi açıqlamalarla gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi həmkarı Nadir Qafarzadənin klipində çəkilməsi ilə bağlı danışaraq bu qərarına görə heç vaxt peşman olmadığını bildirib.
Röya qeyd edib ki, karyerasının əvvəlində daha çox tanınmaq və hər yerdə görünmək üçün məqsədyönlü şəkildə çalışıb:
"Nadir Qafarzadənin klipinə çəkildiyim üçün peşman deyiləm. O dövrdə hər yerə gedirdim, çalışırdım ki, məni hər yerdə görsünlər, tanısınlar. Nadir də o vaxt çox populyar idi və onun klipində çəkilmək mənə fayda verəcəkdi".
Xalq artisti klipdə çəkilmək təşəbbüsünün məhz özündən gəldiyini də etiraf edib:
"Özüm təklif etmişdim ki, klipində oynayım. Mən həmişə təklifləri özüm etmişəm. Heç bir yerdən geri qalmaq istəmirdim".
Sənətçi əlavə edib ki, onun əsas məqsədi həm sənətçi, həm də insan kimi tanınmaq və qəbul olunmaq olub:
"Çalışırdım ki, məni həm sənətçi, həm də insan kimi tanısınlar və qəbul etsinlər".
Qeyd edək ki, Röya Ayxanın bu səmimi etirafları tamaşaçılar tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müsbət rəylər alıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 Yanvar 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















