Xalq artisti Röya Ayxan 14 Fevral Sevgililər Günündə sürpriz edib.
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sevgi nəğmələrinin təkrarolunmaz ifaçısı, Azərbaycanın Xalq artisti Röya Ayxan 14 Fevral – “Sevgililər Günü” ndə sevib-sevilənlərə yeni sürpriz edib.
Dogru.az bildirir ki, bu il səhnə fəaliyyətinin 25 illiyini qeyd edən, pop – kraliçanın “Elə bilmə” adlı yeni mahnısı və klipi məhz “Sevgililər Günü” sevənlərinin ixtiyarına verilib.
Hər kəlməsi sevənlərin ürəyini riqqətə gətirən mahnının sözləri Orxan Mürvətliyə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur.
Estrada ulduzunun ekran işini bu dəfə qardaşı İsmail Zade ərsəyə gətirib. Klipin üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.
Yeni mahnı və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.
https://youtu.be/LRDkr2iiaqI?si=uRT5-JbNoRnX18bY
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















