Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirildi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"1952-ci il təvəllüdlü sənətçi Z.Rzayev Mərkəzi Neftçilər Xəstəxanasındadır.
O, oktyabrın 14-də saat 21:30 radələrində xəstəxananın Qəbul şöbəsinə hospitalizasiya edilib. Pasiyentə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub.
Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir",- deyə qurumdan bildirilib.
Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuşdu. Sonradan evə buraxılan sənətçinin ailəsi müalicəsinin ev şəraitində davam etdiyini açıqlamışdı.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 15 Oktyabr 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















