Xalq artistinin saxta görüntüsü yayıldı VİDEO
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə xalq artisti Aygün Kazımovanın adından istifadə olunaraq saxta reklamlar yayılır.
Metbuat.az-ın məlumatına görə, yayılan videoda Aygün Kazımovanın siması və səsinə bənzər təqdimatla müəyyən investisiya platforması reklam olunur. Videoda izləyicilərə 100 dollar yatırmaqla hər ay 5 min dollardan çox gəlir vəd edilir.
Lakin bu görüntülər tamamilə saxtadır. Videodakı səs süni intellekt texnologiyası vasitəsilə yaradılıb və Aygün Kazımovanın səsinə bənzədilib. Görüntülərdə isə müğənninin televiziya proqramlarından birində verdiyi müsahibədən istifadə olunub.
Bir daha xatırladırıq ki, mütəxəssislər bu cür saxta videolara inanmamağı, şübhəli linklərə keçid etməməyi və heç bir halda maliyyə əməliyyatları aparmamağı tövsiyə edirlər.
Sevinc İbrahimzadə / Metbuat.az
Baxış sayı:87
Bu xəbər 30 May 2025 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















