Icma.az
close
up
RU
Xalq düşməninin oğlu kimi damğalanan nakam aktyorumuz O, qızının şəkillərini niyə cırmışdı?

Xalq düşməninin oğlu kimi damğalanan nakam aktyorumuz O, qızının şəkillərini niyə cırmışdı?

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün mərhum aktyor Tələt Rəhmanovun anım günüdür.
Kulis.az aktyorun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Ona anası baxıb. Nəsillərində incəsənət aləminə bir tək o maraq göstərib.

***

Gənc yaşlarından kino-studiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor assistenti kimi vəzifələrdə də işləyib.


Tələt Rəhmanov gənclik illərində

Tələt Rəhmanov fəxri ad almasa da, onun oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub. “Qaynana”da Əli, “Sehirli xalat”da “milisoner”, “Arşın mal alan”da nökər Vəli, “Uzaq sahillərdə”də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...

***

Tələt Neft Akademiyasına qəbul olunsa da, dərsə gedəndə ona sən “xalq düşməni”nin oğlusan, daha gəlmə deyirlər. Çarəsiz qalan Tələt Rəhmanov Teatr Texnikumuna daxil olur. Lakin sonra tale elə gətirir ki, ona və Rəhmanovlara qarşı bu repressiyanı təşkil edən şəxslərdən biri onlarla bir evdə qalır, kino-studiyada da Tələt Rəhmanovla bir yerdə işləyir, lakin aktyor o şəxsə qarşı heç bir sərt reaksiya bildirmir.


"Sehrli xalat" filmindən kadr

Çox mehriban, ünsiyyətcil insan olub. Həyat yoldaşı Minə xanıma çox dəyər verib, Minə xanım da ona sanki övladı kimi, xüsusi qayğıkeşliklə yanaşırmış. Hətta deyilənlərə görə, çəkiliş meydançasında aktyorun yeməyini Minə xanım özü gətirirmiş.

***

Çox cəsarətli insan olub. SSRİ daxili işlər nazirinin kabinetində o qədər rahat danışırmış ki, hamı təəccüb edirmiş. Hamının deyə bilmədiyi sözləri, həqiqətləri zarafatla, ya da ciddi şəkildə rahatlıqla deyə bilib.

***

Tələt Rəhmanovun Gülnarə adlı bir qız övladı olub. Gülnarə Rəhmanova 2014-cü ilin iyununda beyin qan sızmasından dünyasını dəyişib. Gülnarə xanımın qızı – Tələt müəllimin nəvəsi Kəmalə və onun iki qardaşı həyatdadır.


Aktyorun iştirak etdiyi "Qaynana" filmindən kadr

Kəmalə xanım müsahibələrinin birində deyir:

"Babam evə gələndə hər şey yerində olmalı idi. Səliqəni çox sevirdi. İşdən evə gələndə mütləq çayı, yeməyi hazır olmalı idi.
Təzə dəmlənmiş çayı çox sevirdi. Bəlkə, gündə 10 dəfə mənə çay dəmlətdirirdi. Yeməklə arası yaxşı idi. Ən çox düşbərə, qutabı sevirdi. Tələt Rəhmanovun üç nəvəsi vardı – mən və iki qardaşım. 13-14 yaşlarım olanda bəzən geyimimə görə məndən narazılıq edirdi. Lakin heç vaxt narazılığını mənə bildirməyib.
Deyirdi ki, hansı sahəyə gedirsən get, incəsənətdən başqa. Hətta belə bir əhvalat olmuşdu. Anam “Tənha narın nağılı” filminə çəkilmək üçün məşqlərə qoşulmuşdu. Babam da işə gələndə anamın şəkillərini görüb. Deyiblər ki, Gülnarəni filmə çəkəcəyik. Babam da “mənim icazəm yoxdur” deyib, həmin şəkilləri cırmışdı. Anam da məcburiyyətdən sonralar incəsənətdən uzaq durdu, müəllimlik ixtisası üzrə oxudu”.

***

İştirak etdiyi toy və ya şənliklərdən solfetin arasına kabab ya şirniyyat qoyub evdəkilərə gətirirmiş ki, sizsiz mənim də boğazımdan keçməz.


Əməkdar artist Tələt Rəhmanov

Ondan sonra bu sahəyə gələnlər ad almışdılar, o da təbii olaraq istəyirdi ki, gördüyü işlərin qarşılığı olaraq fəxri ad alsın. Lakin heç vaxt bunu dilə gətirməyib. Narazılığını həmişə qəlbində saxlayıb.

***

Ölümündən bir müddət əvvəl infarkt keçirir. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir.
Həmin gün çəkilişdən gəlib. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışır. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayır. Həyat yoldaşı deyir ki, ay Tələt, bəsdi də aktyorluq elədin. Sonra görüblər ki, o, özündən gedir. Həkimlər gələnədək isə artıq gec olur.
Beləliklə, Tələt Rəhmanov 1993-cü il noyabrın 13-də dünyasını dəyişir.

***

Tələt Rəhmanov vəfat edəndən sonra həyat yoldaşı xəstəliyə tutulur. Demək olar, hər gün ağlayır. Hər həftə onun məzarını ziyarət edir. Aktyorun vəfatından 4 il sonra Minə xanım da dünyasını dəyişir.

Oskarlı aktrisa Çexovun "Qağayı"sında oynayacaq Əhməd Cavadın ailəsində ağır itki Putin həmyerlimizə “Xalq artisti” adı verdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri