Icma.az
close
up
RU
Xalq Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edir

Xalq Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edir

Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edirlər.

Publika.az xəbər verir ki, səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri Ümummilli Liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.

Ziyarətdə dövlət qurumlarının rəhbərləri, qurumların əməkdaşları, ziyalılar, ictimai xadimlər və sadə vətəndaşlar iştirak edirlər.

seeBaxış sayı:22
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri