Icma.az
close
up
RU
Xalq yazıçısı Anar: Adama dahi deyəndə ətim tökülür

Xalq yazıçısı Anar: Adama dahi deyəndə ətim tökülür

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"İndiki dövrdə bizim nə sağlam tənqidimiz var, nə də qeyri-sağlam tənqidimiz. Tənqid janr kimi Azərbaycanda bu gün yoxdur. Tənqidi bizdə iki şey əvəz edib - təhqir, bir də tost (mədhiyyə - red). Ya gözləri götürmədiyi bir yazıçını təhqir edirlər, o, nə yazsa, yazmamışdan əvvəl onun təhqiri hazırdır, tənqid yox ha, təhqiramiz sözlər, ya da tost deyirlər - bu, dahidir, bu, böyükdür, bu, nəhəngdir, bundan böyük adam yoxdur və s. Tənqid isə başqa şeydir.

Sovet dövründə, bütün nöqsanları ilə belə, tənqid yazıçını yönəldirdi, təhlil edirdi, izah edirdi, nöqsanlarını göstərirdi, vəziyyətlərini açırdı. Tənqid özü istedad tələb edən bir sənət növüdür. Bizdə isə bu gün tənqid tostçuluğa çevrilib. Xoşumuz gələn və ya yarınmaq istədiyimiz adamı mədh edirik, bəyənmədiyimiz adamı isə ən pis sözlərlə təhqir edirik".

Bunu Oxu.Az-a videomüsahibəsində Xalq yazıçısı Anar deyib.

Xalq yazıçısı Anar: "Adama dahi deyəndə ətim tökülür"

Videomüsahibənin birinci hissəsini buradan izləyə bilərsiniz. İkinci hissədən bəzi məqamları diqqətinizə çatdırırıq:

- Anar müəllim, müsahibələrinizin birində qeyd etmisiniz ki, tənhalığın ən ağırı insanlar arasında yalqız olmaqdır, məgər bu, mənim əsərlərimdən aydın olmur? Maraqlıdır, Anar insanlar arasında niyə özünü tənha hiss edir? Nə çatmır Anar üçün?

- Məni anlayan adamlar... (gülümsəyir və dalır)

Dünyada ən böyük dərd anlaşılmaq dərdidir. Mən, təəssüf ki, müasirlərim arasında çox tək-tük adam deyə bilərəm ki, məni anlayır. Onlar da əsasən, mənim dostlarım idi ki, bu gün çoxları həyatda yoxdur. Onlar məni anlayırdılar. Get-gedə daha da az qalır məni anlayan, bəlkə də, mənim anladığım adamlar...

- Sizin hər sözünüz, hər ifadəniz çox böyük rezonans yaradır, müzakirə olunur, bir sözlə, Anar gündəmdən düşmür heç vaxt. Yaşıdlarınız arasında sizinlə müqayisə edə biləcəyim Elçini (Xalq yazıçısı - red.) götürsək, görərik ki, Elçin müəllim haqqında o qədər də yazılmır. Bunun səbəbini nədə görürsünüz?

- Birincisi, mən hesab etmirəm ki, Elçin haqqında az yazılır. Elçin haqqında da çox yazılır, çox da populyar yazıçıdır, yaxşı yazıçıdır, mənim də dostumdur və mənə elə gəlir ki, onun haqqında az danışmaq...

- Mən cəmiyyətin fikirlərə reaksiyasını demək istəyirəm.

- Cəmiyyətin reaksiyasını mən bilmirəm, vallah. Ona görə deyə bilmərəm, cəmiyyətin reaksiyası ona necədir, mənə necədir. Cəmiyyətin mənə reaksiyası belədir ki, kim məni görür, yaxınlaşır ki, gəl şəkil çəkdirək. Soruşuram ki, mənim bir əsərimi oxumusan? Deyir ki, yox. Deyirəm, onda neyləyirsən mənimlə şəkil çəkdirib? (gülür)

İndi, bəlkə, Elçinlə daha az şəkil çəkdirirlər, amma mənə elə gəlir ki, elə onunla da şəkil çəkdirmək istəyən çoxdur. Əsərlərimizi oxumaqdan daha çox, şəkil çəkdirməyi sevirlər.

- Anar müəllim, 1960-cı illəri Azərbaycan ədəbiyyatının müasir intibah dövrü adlandırmaq olarmı?

- Mən elə hesab edirəm, onda da inciyirlər məndən ki, necə yəni, sən o biri dövrləri inkar edirsən. Mən inkar etmirəm. İndiki dövrün də yaxşı yazıçıları var, yaxşı şairləri var. Amma 1960-cı illər tək ədəbiyyatda yox, ümumiyyətlə bizim musiqimizdə, rəssamlığımızda, teatr, kinoda bir intibah dövrü idi, doğrudan da. Bax, indi adları mən çəksəm, tutalım, o illərdə parlayan bəstəkarlardan Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Tofiq Quliyev, Rauf Hacıyev, daha sonrakı nəsil Arif Məlikov, Vasif Adıgözəlov, Emin Sabitoğlu və s. Bunlar, doğrudan da, musiqidə bir etap, bir mərhələ yaradan adamlardır. Rəssamlıqda götürsək, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, teatrda Mehdi Məmmədov, Tofiq Kazımov, kinoda Arif Babayev, Rasim Ocaqov, Həsən Seyidbəyli, Oqtay Mirqasımov və s. Hələ mən teatrdakı aktyorları demirəm - Həsən Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Rasim Balayev və sair və ilaxır. Baxın, nə qədərdirlər. Bu gün belə küll halında (ayrı-ayrı istedadlar var, onlar başqa) bu çəkilən adlara tay-bərabər olacaq adlar varmı? Məncə, yoxdur.

- Sizcə, bu nə ilə bağlıdır?

- Dövrlə bağlıdır. Mən demirəm ki, bu, altmışıncıların xüsusi xidmətidir. 1960-cı illər belə oldu ki, sovet "qış"ından, "şaxta"sından sonra XX qurultay oldu, Nikita Xruşşov Stalini ifşa etdi, repressiyaya uğramış adamlar bəraət aldılar, sürgün olunmuş adamların bir qismi qayıtdı və bizə elə gəldi ki, təzə bir həyat başlayıb. Bu təzə həyatda ki bir az nəfəs almaq imkanı oldu, bütün sahələrdə insanlar öz yaradıcı potensialını aça bildilər. Sonra Xruşşov dövründə yenə başladılar sənəti sıxmağa və get-gedə yenə də belə azalma oldu.

Bir də ikinci bizim üçün, yəni Azərbaycan üçün, mühüm olan - müstəqillik dövrümüz. Müstəqillik dövrümüzdə biz hələlik fərəh hissi ilə yaşayırıq, xüsusilə də qələbələrimizdən sonra. Fərəh hissi isə ədəbiyyatın ancaq bir janrı ola bilər. Fərəh hissi ilə mədhiyyələr yazmaq olar, tərənnümlər yazmaq olar, marşlar yazmaq olar. Daha dərin qatlara getmək üçün görünür, hələ bir müddət bu hisslərlə yaşayandan sonra başqa hisslərlə də yaşamalıyıq ki, başqa növ əsərlər də meydana gəlsin.

- Bəzən insan o qədər böyük olur ki, onun adı bütün digər adları üstələyir. Məsələn, elə yazıçı Anar demək yetərlidir. Burada artıq ada digər ifadələri əlavə etməyə, təqdimata, məsələn, Xalq yazıçısı Anar, Anar Rzayev deməyə ehtiyac yaranmır...

- Əgər fikir vermisinizsə, mən heç yerdə adımın altından Xalq yazıçısı yazmıram. Mən elə hesab edirəm ki, bu adlar sovet dövründən qalıb, süni şeydir. Yazıçı yazıçıdır, nə Xalq yazıçısı, nə Xalq şairi-filan? Mənə canlı klassik deyəndə deyirəm, yarımcanlı klassik. Zarafata çevirirəm. Yaxud dahi deyəndə deyirəm ki, adama dahi deyəndə ətim tökülür.

- Sualım ondan ibarət idi ki, oxucu Anarın yazıçı Anara, yəqin ki, bir baxışı var. Yazıçı Anarın böyüklüyünü oxucu Anar nədə görür?

- Mən özüm haqqında nə deyə bilərəm? (gülümsəyir) Mən öz böyüklüyümü iddia edən, ya da özümü böyük sayan adam deyiləm. İnsanam, indi Allah mənə nəsə bir vergi verib, çalışıram ki, imkanlarım daxilində istədiyimi yazam, istədiyimi edəm. Böyüklük məsələsində isə, hələ 50 ildən sonra məlum olacaq böyüyük, yoxsa böyük deyilik...

- Anar müəllim, qeyd etdiniz ki, bu gün tənqid janr kimi Azərbaycanda yoxdur. Sizcə, bunu nə yaratdı?

- İndi deyəcəyəm, deyəcəklər ki, senzuranın tərəfdarıdır. Bunu senzurasızlıq yaratdı. Senzura çox pis şeydir. Sovet dövründə senzuradan ən çox əziyyət çəkənlərdən biri mənəm və senzuranın Azərbaycanda ləğv olunmasını alqışlayıram. Senzura olmamalıdır, amma cəmiyyət o səviyyəyə yetişməlidir ki, insanın daxili senzurasının varlığını başa düşsün. O, daxili məsuliyyət hissidir. Sən sözünün məsuliyyətini daşımalısan, bir sözü deyəndə fikirləşməlisən ki, sənin bu sözün nə dərəcədə həqiqətə uyğundur? Yoxsa babam mənə kor deyib, gəlib-keçəni vur deyib, azadlıqdır, senzura yoxdur, istədiyim adam haqqında böhtan deyə bilərəm, şər deyə bilərəm, təhqir edə bilərəm və bunun cəzasını çəkməyəcəyəm düşüncəsi - bax, budur bəla. Azadlıq hissi gözəl hissdir, amma azadlıq hissi məsuliyyət hissi ilə tənzimlənməyəndə bu çevrilir azğınlığa...

Əzizə İsmayılova

Video: Cavid Mehdiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri