Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Xalq yazıçısı Anar orada tək oturmayıb... FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... FOTOYADDAŞ

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az "Fotoyaddaş" rubrikasında Xalq yazıçısı Anarın fotosu ilə bağlı materialı təqdim edir.


Bu foto Xalq yazıçısı Anarın Xalq artisti Rasim Balayevin dəfn mərasimində çəkilmiş görüntüsüdür. Bəzi fotolar da yaxşı əsər kimidir, yaddaşa qazınır, elə bu şəkil kimi...
Xalq yazıçısının illərin yorğunluğunu və müdrikliyini daşıyan simasında, gözlərində təkcə dost itkisinin acısı deyil, həm də bütöv bir sənət tarixinin köçməsindən, bir epoxanın başa çatmasından yaranan təəssüfün izləri var.
Bu, kədərin fiziki bir yük kimi simaya çökməsinin deyil, həm də daxili bir sarsıntının, bir mənəvi ayrılığın üzə vuran əksidir.
Yazıçının bədən dili də bu səssiz haraya qoşulur. Oturuşu və əllərinin duruşu... Əlləri də tam düşməyib fotoya – “Elə bil, əllərim yox olub mənim...”
Duruşu, başını bir az aşağı əyməsi, o kədərin ağırlığını, o sarsıntının fiziki bir hiss kimi bədənə hakim kəsilməsini göstərir. Bu, bir ədəbiyyat nəhənginin başqa bir sənət azmanının gedişinə olan mənəvi ehtiramın və hörmətin bədən dilindəki ifadəsidir.
Fotonun kompozisiyasında Anarın baxışları boşluğa deyil, sanki daxilindəki bir nöqtəyə zillənib. Bu, fizioqnomiyada "metafizik tənhalıq" kimi “oxunur”.
Gözlərinin ətrafındakı dərin kölgələr "şahidlik yorğunluğu"dur. Bu, bir nəslin gəlişini, çiçəklənməsini və indi isə bir-bir gedişini izləyən adamın yorğunluğudur.

Bu, bir epoxanın yükünü çiyinlərində və simasında daşımağın bədən dilidir.

Xalq yazıçısı Anar orada tək oturmayıb, simasında və enmiş çiyinlərində bütün itirilmiş dostların — Vaqif Səmədoğlunun, Elçinin, Rasim Balayevin və daha kimlərin ortaq kədəri cəmləşib.
Dodaq kənarlarının aşağı meyil etməsi və sıxılması "deyilməyən sözlərin ağırlığı"nı göstərir. Bu, artıq sözün bitdiyi, bədii təsvirin aciz qaldığı məqamdır. O, həyatı boyu milyonlarla söz yazıb, amma bu məqamda dodaqları susmağın ən ağır formasını seçib. Bu, taleyə qarşı "müdrik etiraz"dır.
Əgər diqqət yetirsəniz, duruşunda bir "yığılmışlıq" var. Bu, bədən dilində "müdafiəsiz səmimiyyət" deməkdir. O, indi xalqın qarşısında "Xalq yazıçısı" statusunda deyil, sadəcə dostunu itirmiş bir insan kimi dayanıb.


Bu fotoda Anarın siması bir "yaddaş xəritəsi"dir. Orada biz itirilmiş dostun yasını yox, bütöv bir mədəniyyət qatının "vida rəsmini" görürük.
O, bu əbədi gedişə hüznlənir, həm də o gedişlə bərabər aparılan xatirələri simasında qorumağa çalışır.

Foto: Rüfət Mustafayev - APA

"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir? 21 Mart - Ümumdünya Poeziya Günüdür Builki "Oskar"ları kimlər qazandı? - Siyahı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Mart 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see286

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see282

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see265

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see261

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see238

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see229

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see225

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see216

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see215

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see214

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see211

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see209

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see207

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see199

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see196

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see191

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see185

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see173

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri