Icma.az
close
up
RU
Xalq yazıçısı Anar: Yazıçılar DİM in Azərbaycan dili imtahanında məmnuniyyətlə iştirak edə bilərlər

Xalq yazıçısı Anar: Yazıçılar DİM in Azərbaycan dili imtahanında məmnuniyyətlə iştirak edə bilərlər

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq yazıçısı Anar DİM sədri Məleykə Abbaszadənin imtahanda iştirakla bağlı yazıçılara çağırışına necə münasibət bildirib?

Məleykə Abbaszadənin çağırışı yaxşı təşəbbüsdür və bu təşəbbüsdə yazıçılara təhqirdən söhbət gedə bilməz.

Bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar deyib.

“Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasiminə mən dəvət olunmuşdum. Danimarkadan gələn şairləri qəbul etməli olduğuma görə, iştirak edə bilmədim. Həmin gün mənə təhrif olunmuş məlumatlar çatdırdılar. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin dediklərini konteksdən çıxarıblar. Rəşad Məcidin bu məsələ ilə bağlı yazdığını və ümumi çıxış haqqında məlumatı oxuyandan sonra hər şey aydın oldu. Bu onlayn imtahanın sınaq versiyası hazırlanıb və Məleykə xanım həmin sınaq versiyanın hansı vəziyyətdə olduğunu yoxlamaq üçün belə bir çağırış edib. Bu çağırışda yazıların mənafeyinə toxunan nəsə yoxdur. Yazıçılar DİM-in Azərbaycan dili imtahanında məmnuniyyətlə iştirak edə bilərlər”, - deyə Xalq yazıçısı vurğulayıb.

Məleykə Abbaszadə imtahanla bağlı yazıçılara nə üçün müraciət edib?

Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxışında ziyalılara çağırış edib: "DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər".

"Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq. Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var", - o, əlavə edib.

“Azərbaycan dili üzrə sertifikasiya imtahanı” nə ilə bağlıdır?

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən qeyd edib ki, “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın demo versiyada istifadəyə verilir və ilkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır. Artıq imtahanın sınaq versiyasının onlayn platformasının hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. M.Abbaszadə vurğulayıb ki, imtahan kompüter əsaslıdır: "Platforma bu gündən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir".

Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Mart 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri